16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
Azərbaycan Ordusunun hərbçisi vəfat edib
Tarix: 03-05-2025 13:40 | Bölmə: Xəbərlər
Azərbaycan Ordusunun hərbçisi vəfat edib

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nağıyev Fərid Elşən oğlu vəfat edib.

Reyting.az
xəbər verir ki, Müdafiə Nazirliyindən məlumatı təsdiq ediblər.

Bildirilib ki, hərbçimiz ağır gedişli meningoensefalit diaqnozu ilə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Xatırladaq ki, bu barədə ilk xəbəri Unikal.az saytı yayıb.




Bölməyə aid digər xəbərlər