Agentliyin Müşahidə Şurasına sədr təyinatı olub
Tarix: 02-05-2025 14:42 | Bölmə: Mədəniyyət / Xəbərlər
Agentliyin Müşahidə Şurasına sədr təyinatı olub

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilib.

Reyting.az
xəbər verir ki, bunu Mədəniyyət Nazirliyindən bildiriblər.

Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şuranın sədri vəzifəsinə təyin olunub.

Cəmil Quliyev 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur. 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına, 2018-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.




Bölməyə aid digər xəbərlər