18:55 / 16-12-2025
Yasamalın başçısı vətəndaş qəbulunu necə təşkil edir?
18:34 / 16-12-2025
“Süni intellekt haqqında” qanun tətbiq olunacaq
18:26 / 16-12-2025
Dünya bazarında qızıl ucuzlaşır
18:02 / 16-12-2025
Bu şəxslər dövlət rüsumundan azad olunacaq
17:49 / 16-12-2025
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
17:43 / 16-12-2025
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
17:24 / 16-12-2025
Deputatlar daha 12 qanuna dəyişiklik edəcək
17:06 / 16-12-2025
Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verilib
16:41 / 16-12-2025
Baş nazir: Bondidəki hücum İŞİD ideologiyasından ilhamlanıb
16:25 / 16-12-2025
Ərdoğan: "Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındır"
16:18 / 16-12-2025
TRIPP dəhlizi rəsmi Tbilisini niyə qıcıqlandırır?
15:59 / 16-12-2025
Məşhur kinorejissor milyarderlərin sırasına qoşulub
15:43 / 16-12-2025
"Qarabağ" cərimələnib
15:34 / 16-12-2025
Deputat: “Acınacaqlıdır ki, qadınlarımız da siqaretdən istifadə edir”
15:34 / 16-12-2025
Bəşər Əsəd sirləri açmaq istəyir
15:12 / 16-12-2025
Naməlum obyekt sürətlə Yerə yaxınlaşır
15:10 / 16-12-2025
General-mayor vəzifəsindən azad edilib
14:55 / 16-12-2025
Regional Təhsil İdarəsinin müsadirə olunan əmlaklarının çoxu qaytarılıb
14:37 / 16-12-2025
Rusiya müvəqqəti Milad atəşkəsini rədd edir
14:35 / 16-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib - (Yenilənib)
14:33 / 16-12-2025
Cəmil Həsənli yenə Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb
14:32 / 16-12-2025
Erməni vitse-spiker: Rusiyanın “Tramp marşrutu”nda iştirakı müzakirə mövzusu deyil
14:19 / 16-12-2025
Xocalının daha iki kəndinə köç olub - (Yenilənib) - Fotolar
14:15 / 16-12-2025
Azərbaycanın neft ixrac etdiyi ölkələr - Siyahı
14:02 / 16-12-2025
Avropada həyəcan təbili çalınır
13:15 / 16-12-2025
Əjdər Olun müraciəti rədd olunub
13:08 / 16-12-2025
ABŞ ordusu Venesuelaya hücuma hazırlaşır
13:06 / 16-12-2025
Qənimət Zahidə ittiham aktı elan olunub
12:45 / 16-12-2025
Vergi Məcəlləsinə dəyişiklik olunub
14:17 / 15-12-2025
Prezident ali hərbi və ali xüsusi rütbələr verib - Siyahı
18:20 / 14-12-2025
Pənah Hüseyn sədr vəzifəsindən istefa verib - Fotolar
14:51 / 12-12-2025
Ağdərə rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:35 / 16-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib - (Yenilənib)
17:29 / 12-12-2025
Çinə qarşı yeni koalisiya formalaşdırılır
11:26 / 13-12-2025
NATO ölkələri Rusiya vilayətinin ilhaq planını hazırlayıb
15:02 / 15-12-2025
Prezident yeni Təşkilat Komitəsi yaradıb - Sərəncam
00:20 / 12-12-2025
İlham Əliyev Ümummilli Liderin anım günü ilə bağlı paylaşım edib - Foto
14:41 / 15-12-2025
Yetirməmlə fəxr edirəm - Professor yazır
08:17 / 15-12-2025
Berlində ABŞ-Ukrayna danışıqları bu gün davam edəcək - Yenilənib
10:36 / 13-12-2025
Lionel Messinin 21 metr hündürlüyündəki heykəli nümayiş olunub
14:07 / 12-12-2025
Tramp: Ukrayna münaqişəsi III Dünya Müharibəsinə səbəb ola bilər
Məhkəmə: Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş olunub - (Yenilənib)
Tarix: 08-05-2025 21:05 | Bölmə: Siyasət

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasını əks etdirən videomaterial nümayiş etdirilib.
Reyting.az "Report"-a istinadla xəbər verir ki, videomaterial Ermənistan silahlı qüvvələrinin mövqelənmələri barədə danışması ilə başlayır.
Kadrlarda Monte Melkonyan erməni hərbçilərdən bir neçə dəfə təkrar soruşur ki, “bu gün nə etmişik?”, “bu gün indi haradayıq?”, “dünən haradaydıq, nə etdik?”
Hərbçi cavab olaraq hazırda Kəlbəcərdən 20 kilometr məsafədə olduqlarını bildirir.
Videogörüntülərdə danışan Monte Melkonyan deyir ki, onlar Ağdərənin qərb hissəsindən, Ağdaban istiqamətindən hərəkətə başladılar, indi Kəlbəcərə çatıblar. “Kəlbəcəri Ermənistana birləşdirməklə bütün Qarabağ Ermənistana birləşəcək, Ermənistana çox yollar açılacaq. Ümid edirəm azərilər (azərbaycanlılar – red.) başa düşəcək və qəbul edəcək ki, hər şey bitdi”, - deyə videomaterialda “Avo” ləqəbli Monte Melkonyan bildirir.
Kadrlarda, həmçinin Monte Melkonyan azərbaycanlıların güclü müqavimət göstərib-göstərmədiyi barədə suala cavabında bildirir ki, “Bəli möhkəm xətt idi. Biz Laçın yolunu kəsib bura gəldik. Hər bir erməni başa düşsün ki, bu işdə onun iştirakı çox vacibdir. Bu ərazilər 1988-ci ildə qəbul edildiyi kimi Ermənistana birləşəcək”.
Videomaterialda danışan Monte Melkonyan döyüş zamanı təxminən 70 nəfər azərbaycanlının öldürüldüyünü deyir.
Kadrlarda qətlə yetirilmiş azərbaycanlıların meyitləri göstərilir.
Görüntülərdə Ermənistan qoşunlarının Kəlbəcərə və ətraf kəndlərə girdiyi də nümayiş etdirilir.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
***
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 8-də davam etdirilib.
Reyting.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmədə əvvəlcə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Kəlbəcər işğal edilən zaman ermənilərin çəkdiyi videomaterialları təqdim edib. Nümayiş olunan videomaterialdan biri 1993-cü ilin mart və aprel aylarında lentə alınıb.
Həmin görüntülərdə Ermənistan hərbçiləri rabitə əlaqəsi ilə Monte Melkonyana keçirilmiş hərbi əməliyyatlar, Azərbaycanın hansı ərazilərini işğal etdiklərinə dair məlumat verir.

Videogörüntülərdə danışan Monte Melkonyan deyir ki, onlar Ağdərənin qərb hissəsindən, Ağdaban istiqamətindən hərəkətə başladılar, indi Kəlbəcərə çatıblar. “Kəlbəcəri Ermənistana birləşdirməklə bütün Qarabağ Ermənistana “birləşəcək”, Ermənistana çox yollar açılacaq. Ümid edirəm azərilər (azərbaycanlılar – red.) başa düşəcək və qəbul edəcək ki, hər şey bitdi”, - deyə videomaterialda “Avo” ləqəbli Monte Melkonyan bildirir.
Kadrlarda, həmçinin Monte Melkonyan azərbaycanlıların güclü müqavimət göstərib-göstərmədiyi barədə suala cavabında bildirir ki, “Bəli möhkəm xətt idi. Biz Laçın yolunu kəsib bura gəldik. Hər bir erməni başa düşsün ki, bu işdə onun iştirakı çox vacibdir. Bu ərazilər 1988-ci ildə qəbul edildiyi kimi Ermənistana “birləşəcək””.

Kadrlarda qətlə yetirilmiş azərbaycanlıların nəşləri göstərilir.

Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.
Əvvəlcə çıxış edən zərərçəkmiş Zabil Səfərov ifadəsində 1993-cü aprel 4-də Ermənistan silahlı bölmələrinin Kəlbəcərə girdiyini, onları mühasirəyə aldığını deyib.
“Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayırmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi “nə vaxtsa bizim ordu bu torpaqları alacaq” sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər”, - deyə o bildirib.
Zərərçəkmiş şəxs xatırlayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri girov götürdükləri qadınları təhqir edir, qoca, uşaq demədən hamıya işgəncələr verir, onları qətlə yetirirdilər.
“Ermənilər şişi qızdırıb bizim əsgərin bədənini yandırdılar.
Mən Şuşa “türmə”sində olarkən birinin bədənini yandırdıqlarının şahidi oldum. Ermənilərin bir neçə azərbaycanlını döyərək öldürdüklərini gördüm.
Həmçinin onlar 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı.
Ermənilər azərbaycanlılara o qədər işgəncə verirdilər ki, onlar dözə bilməyərək özlərini öldürürdülər.
Ermənistan ordusunun hərbçiləri qəbiristanlıqlarımızı talan edir, nəşləri qəbirdən çıxarıb təhqir edirdilər.
Mənə edilən işgəncələrə görə sağ qulağım yaxşı eşitmir, gözümdə zəiflik yaranıb. Dişlərimi qırdılar”, - deyə Z.Səfərov diqqətə çatdırıb.
Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında Z.Səfərov deyib dedi ki, məhkəmədə nümayiş etdirilən videgörüntülər 1993-cü il aprelin 12-də lentə alınıb. Videodakı azyaşlı oğlan odur. Girovluqda qaldırları zaman çəkilib. Həmin görüntüdə azərbaycanlı girovlar ermənilərə çörək bişirir. Videonu Svetlana adlı ukraynalı jurnalist çəkib. Ermənilər elə görüntü yaradır ki, guya girovlara yaxşı baxırlar və onları dəyişəcəklər. Əvvəlcədən də girovlara tapşırıblar ki, işgəncə barədə bir kəlmə də danşmasınlar.
Zabil Səfərov zərərçəkmişlərin nümayəndəsinin sualına cavabda deyib ki, o, 1995-ci ilin noyabrında girovluqdan azad edilib.
İfadə verən zərəçəkmiş şəxs Nəsimi Səfərov bildirib ki, Kəlbəcər rayonunun Ağdaban kəndində ata, ana, 3 qardaş, 2 bacı, həyat yoldaşı və oğlu ilə birlikdə yaşayıb. 1989-cu il iyulun 10-da Ermənistan silahlı bölmələrinin Ağdaban kəndinə ilk hücumları olub. Hücum edənlər Ağdərə rayonunun Çapar kəndinin sakinləri olublar. Onların başçıları Çapar kəndinin kolxoz sədri, Ermənistandan bu hadisələrə başçılıq etmək üçün göndərilən “Qaqo” adlı erməni olub. 1991-ci ilin oktyabr-noyabr aylarında Ermənistan silahlı bölmələri 2 dəfə Ağdaban kəndinə silahlı hücum edib, kəndin özünümüdafiə dəstəsi isə kəndi özlərində olan ov silahları ilə müdafiə edib və ermənilər kəndi işğal edə bilməyiblər.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıraran N.Səfərov qeyd edib ki, 1992-ci il aprelin 8-də səhər saatlarında Ermənistan ordusunun hərbçiləri çox böyük bir qüvvə ilə, təxminən 1000 nəfərə yaxın hərbçi və 6 zirehli texnika ilə kəndə hücuma keçdilər: “Hücum zamanı biz təxminən 30-35 nəfər şəxs idik. Ermənistan ordusunun bölmələrinin hücumu zamanı Ağdaban kəndinin 32 nəfər sakini şəhid oldu, 9 nəfər yaralandı, 5 nəfər isə girov götürüldü. Ermənilər kənddəki evlərin təxminən yarısını yandırdılar. Onlar kənd əhalisinə məxsus mal-qaranı, evlərdə olan müxtəlif məişət əşyalarını talayaraq apardılar. Kəndin qalan əhalisi isə məcburi şəkildə Kəlbəcərin Bağırlı kəndi istiqamətində qaçdılar. Onlar kəndi məcburi şəkildə, meşələr vasitəsilə piyada olaraq tərk etdilər.
Ermənilər həm say, həm də silah-sursat baxımından dəfələrlə üstün olduğu üçün kəndi müdafiə edə bilmədik”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Zamin Qurbanov Ermənistan silahlı qüvvələrinin hərbçilərinin 1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinə silahlı hücum etdiyini bildirib.
“Həmin hücum zamanı atam Bakı Qocayev və anam Zeynəb Qocayeva yaşadıqları evdə yandırılaraq öldürülüblər.
Ermənistan silahlı bölmələrinin kəndə silahlı hücumu zamanı bibim qızı evdə olduğu zaman ev ermənilər tərəfindən yandırılıb. O da evin içində yanaraq qətlə yetirilib. Onların meyitləri demək olar ki, tamamən yanaraq kül olmuşdu. Həmin vaxt həyat yoldaşım və övladlarım ilə birlikdə Bərdə şəhərində yaşayırdım”, - deyə o əlavə edib.
Zərərçəkmiş şəxslərin ifadələrindən sonra növbəti videomaterial nümayiş olunub. Həmin videoda sonradan qondarma rejimin “daxili işlər, milli təhlükəsizlik nazirləri” və “baş prokuroru” olmuş Arşavir Qaramyan hərbçilərin əhvali-ruhiyyəsinin yaxşı olduğunu deyir. Həmin videoda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzkar müharibəni davam etdrməkdə isralı olduğu bir daha təsdiqini tapır.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında zərərçəkmiş şəxs deyib ki, həmin hücum nəticəsində əmisi Qara Qocayev yaşadığı evin yaxınlığında açılmış atəş nəticəsində güllə yaraları xəsarəti alaraq həlak olub.
“1988-ci ilin əvvəllərindən ermənilər tərəfindən Qarabağ bölgəsində yaşayan azərbaycanlılara qarşı nifrət təbliğ olunurdu, ermənilər Ağdərə-Kəlbəcər yolunu bağlayıb və oradan keçən azərbaycanlılara məxsus nəqliyyat vasitələrinə daş atırdı, əllərində olan dəyənəklərlə maşınları vuraraq sürücü və sərnişinləri təhqir edirdilər. Onların məqsədi azərbaycanlıları öz doğma yurdlarından qovmaqdan ibarət idi və bu hərəkətləri ilə onları qorxudub evlərindən çıxartmaq istəyirdilər”, - deyə Z.Qurbanov deyib.
Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi İsgəndər Kərimov da ifadəsində bildirib ki, Kəlbəcər rayonu işğal olunanadək rayonda yerləşən “İstisu” sanatoriyasında həkim işləyib, Ağdaban kəndində yaşayıb.
O qeyd edib ki, Ağdaban kəndinin Ermənistan silahlı bölmələrinin hücumlarından müdafiə olunması üçün təşkil olunmuş özünümüdafiə dəstəsinə qoşulub.
Artıq 1990-cı ildən başlayaraq Ermənistan silahlı bölmələri mütəmadi şəkildə Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Ağdaban kəndini müxtəlif çaplı silahlardan atəşə tutub. 1992-ci ilin aprel ayında Ağdaban kəndində təxminən 137 ev olub, yəni kənddə 137 ailə olmaqla 700 nəfərə yaxın sakin yaşayıb.
“1992-ci il aprelin 8-də Ağdaban kəndi hər tərəfdən Ermənistan silahlı bölmələri tərəfindən müxtəlif odlu silahlardan atəşə tutuldu. Onlar Çapar kəndi tərəfdən gələrək, meşəlik və dağlıq ərazilərə keçib, kəndi tam mühasirəyə aldılar. Kəndi iri çaplı silahlardan, pulemyotlardan, digər meşəlik və dağlıq ərazidən isə avtomat silahlardan atəşə tuturdular”, - deyə zərərçəkmiş şəxs bildirib.
Daha sonra ifadə verən zərərçəkmiş şəxs Müşfiq Əliyev bildirib ki, 1993-cü il martın 31-də Kəlbəcər rayonu ərazisində Ermənistan ordusunun hərbçiləri tərəfindən girov götürülüb. Sonra digər girovlar ilə birlikdə “Ural” markalı avtomobillə Xankəndi şəhərində yerləşən uşaq bağçasına aparılıb.
“1993-cü il aprelin 1-də Cəmilə Quliyeva ilə birlikdə Xankəndi şəhər uşaq xəstəxanasına aparıldım. Orada Stepanyan Edik adlı erməni həkim əvvəlcə güllə yarası almış ayağımı kəsmək istədi, sonradan isə kəsməyərək heç bir ağrıkəsici və keyidici dərman istifadə etmədən döyə-döyə əməliyyat etdi. Üç ay xəstəxanada qaldığım müddətdə həmin erməni həkimin onun üzərində eksperiment apardığını başa düşdüm”, - deyə zərərçəkmiş şəxs bildirib.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında zərərçəkmiş şəxs deyib ki, yaraları tam sağalmamış 5 nəfər girovla birlikdə Şuşa həbsxanasına aparılmaqla 1 il 7 ay saxlanılıb. “Bu müddətdə erməni nəzarətçiləri "Armo", "Ovik" və "Gena" qardaşları, “Slavik”, “Artur”, habelə adlarını xatırlamadığım digər erməni nəzarətçiləri tərəfindən mütəmadi olaraq yumruq-təpik, dəmir parçası, armatur, bel sapı, yoğun kabel və müxtəlif küt əşyalar ilə şiddətli şəkildə döyüldüm, eləcə də müxtəlif formada işgəncələrə məruz qaldım. Bəxtiyar Səfərov və adını xatırlamadığım bir azərbaycanlı girov ilə birlikdə Şuşa rayonu Malıbəyli kəndində yerləşən fermalarda zorla işlədilərək məcburi əməyə cəlb edilmişəm”, - deyə M.Əliyev əlavə edib.
Zərərçəkmiş şəxs dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirib ki, girovluda saxlanılan bəzi azərbaycanlılar verilən işgəncələrə dözməyərək özlərinə qəsd edib. O da buna cəhd etsə də, başa çatdıra bilməyib. Hətta işgəncələrə dözməyərək özünü yandırmaq da istəyib.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.
Daha sonra Ermənistan ordusunun Kəlbəcər rayonunun Başlıbel kəndini işğal etməsi ilə bağlı videomaterial nümayiş olunub.
Kadrlarda hərbi formada olan ermənilərdən biri Ermənistan hərbçilərinin özlərini çox yaxşı apardıqlarını və ruhlarının yerində olduğunu deyib. O sözünə davam edərək deyir: “Kirovabada çatacağıq, qaraçıların dediyi kimi Gəncəyə”.
Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliamla bağlı protokolları elan edib.
Məhkəmənin növbəti iclası mayın 12-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (besynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:15
Əjdər Olun müraciəti rədd olunub
Bu gün, 13:06
Qənimət Zahidə ittiham aktı elan olunub
Bu gün, 08:17
Zelenski: ərazi məsələsində konsensus yoxdur
Bu gün, 08:01
Ərdoğan: Türk birliyini pozmağa izn verməyəcəyik!
Dünən, 20:36
Ukrayna-ABŞ danışıqları yekunlaşıb
Dünən, 13:30
İfrat sağçı namizəd prezident seçilib
13-12-2025, 11:06
Zelenskinin referendumla bağlı dediklərini reallıqdan uzaq sayırlar
12-12-2025, 16:31
Partiya sədri: “Rafaellə uzun illərdir dostuq, bu məsələ bağlansın”
12-12-2025, 16:26
Putin və Tramp üçün Avropa “ən ciddi problemdir”
12-12-2025, 14:28
MSK-nın tərkibi bu il yenidən formalaşdırılmayacaq
12-12-2025, 13:44
Ukrayna silahsızlaşdırma məsələsinə razılaşmağa hazırdır
12-12-2025, 12:22
Ramiz Mehdiyevi AMEA-nın həqiqi üzvlüyündən xaric edəcəklər
12-12-2025, 11:49
Fəzail Ağamalı: "Gedin, onu oğlumdan soruşun"
12-12-2025, 11:44
"Meydan TV" əməkdaşlarının məhkəməsi davam edir
12-12-2025, 09:48
Deputat Rafael Hüseynov VHP-dən istefa verir
12-12-2025, 09:24
AK rəhbəri Trampı Avropa seçkilərinə müdaxiləni dayandırmağa çağırıb
12-12-2025, 09:15
Hakan Fidan: Türkiyə Fələstin probleminin həllində fəal rol oynaya bilər
11-12-2025, 19:29
Əli Abbasovun deputat mandatı əlindən alınıb
11-12-2025, 15:24
Ərdoğanın Putinlə görüşü planlaşdırılıb
11-12-2025, 09:06
Ərdoğan: Qəzzada ədalətli sülhün yolu iki dövlətli həlldən keçir
11-12-2025, 08:55
Avroparlamentari qurumun “marginallaşmasından” danışıb
11-12-2025, 01:49
Ceyhun Bayramov Macarıstanda işgüzar səfərdədir
10-12-2025, 15:46
Əli Kərimli barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib
10-12-2025, 12:58
Lavrov: Yeni razılaşmada milli azlıqların hüquqlarından bəhs olunur
10-12-2025, 12:15
Azərbaycan səfiri Berlində Paşinyanı erməni dilində salamlayıb
10-12-2025, 08:32
Zelenskidən etiraf: Kiyevin Krımı almağa gücü yoxdur
9-12-2025, 18:46
Siyarto: Brüssel korrupsiyaya batıb
9-12-2025, 15:17
Avropa İttifaqı ilə Ermənistanın imzaladığı sənəd Azərbaycanla sülh gündəliyinə ziddir
9-12-2025, 11:25
Baş redaktorun məhkəməsi başlayıb
9-12-2025, 10:35
Kiyev və Moskva Trampın sülh planını rədd ediblər
9-12-2025, 09:49
Zelenski Ukraynadan qaçmağa hazırlaşır?
8-12-2025, 16:13
Mərkəz rəhbərinin atası ifadə verməkdən imtina edib
8-12-2025, 15:11
Məmməd İbrahimin şikayəti rədd edilib
8-12-2025, 12:54
Ceyhun Bayramov İran XİN başçısı ilə görüşüb - Yenilənib
8-12-2025, 11:37
İranın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb
8-12-2025, 11:06
Ramiz Mehdiyevin qızı kafedra müdiri vəzifəsindən azad olunub
8-12-2025, 09:18
Moskvada KTMT Parlament Assambleyasının plenar iclası keçiriləcək
8-12-2025, 09:12
2026-cı ildə ABŞ Ukraynaya 400 milyon dollar yardım edəcək
7-12-2025, 20:57
İranın xarici işlər naziri Azərbaycana gəlib
7-12-2025, 10:48
Viktor Orban macarları müharibə ilə qorxudur

Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir