09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Meksikada çox sayda doğranmış cəsəd tapılıb - Foto
Tarix: 27-09-2023 13:00 | Bölmə: Xəbərlər
Meksikada çox sayda doğranmış cəsəd tapılıb

Meksikanın Monterrey bölgəsi və ətrafında çoxlu cəsəd tapılıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, cəsədlər Meksikanın şimal sənaye mərkəzi olan Monterrey və onun ətrafında müxtəlif yerlərdə, o cümlədən ölkənin ən zəngin məhəllələrində aşkarlanıb.

Nuevo Leon ştatının rəsmiləri bildirib ki, ən azı yeddi cəsəd, həmçinin xeyli insana aid olan bədən hissələri ilə dolu beş çanta tapılıb. Hazırda onların kimlərə məxsus olması və hansı şəraitdə buralara atılması araşdırılır.

Şəhər yetkiləri deyib ki, cəsədlərin konkret neçə nəfərə aid olduğunu araşdırma bitmədən demək mümkün deyil: "Çünki qarışıqlıq var və üstəlik, hələ də müxtəlif məkanlarda cəsəd qalıqları tapılır"

Ştat polisi isə bu cəsədələrin narkomafiya üzvlərinin olması ehtimalı üzərində dayanır: "Güman ki, onlar arasında növbəti qanlı savaş olub".



E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb