16:26 / 14-03-2025
Qusarda dağlıq ərazi yanır
16:22 / 14-03-2025
Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
16:08 / 14-03-2025
Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
14:48 / 14-03-2025
85 Nobel mükafatçısı Nərgiz Məhəmmədiyə azadlıq istəyir
14:27 / 14-03-2025
Ata oğlunun ölümündə şübhəli bilinir
14:22 / 14-03-2025
Putin Trampın xüsusi nümayəndəsini qəbul edib
13:35 / 14-03-2025
Ruslar Kurskda daha bir yaşayış məntəqəsini azad edib
13:14 / 14-03-2025
Xocalı rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:12 / 14-03-2025
Əfv Məsələləri Komissiyasının iclaslarının vaxtı uzadılıb
13:01 / 14-03-2025
Sabahın hava proqnozu açıqlanıb
12:55 / 14-03-2025
Əliyevin Ermənistandan tələbləri beynəlxalq hüquq normalarına tam uyğundur - Professor
12:35 / 14-03-2025
Jurnalistlərin həbs müddəti uzadılıb - (Yenilənib)
12:14 / 14-03-2025
Nazir Pərviz Şahbazovun biznes planı "batıb"
12:11 / 14-03-2025
Humanitar təşkilatlar Qəzzaya yardımı azaldır
12:04 / 14-03-2025
Mirzoyan: "Sülh sazişi imzalandıqdan sonra ATƏT-ə ehtiyac qalmayacaq"
11:52 / 14-03-2025
İşğaldan azad edilən ərazilərdə ötən il 3 min km yol salınıb
11:46 / 14-03-2025
2024-cü ildə istehsalatla əlaqəli 87 nəfər həyatını itirib
11:28 / 14-03-2025
Moskva yenidən PUA hücumuna məruz qalıb
11:00 / 14-03-2025
Yevlaxda iki nəfər bıçaqlanıb
10:53 / 14-03-2025
Bakıdakı "Boranı" restoranında yanğın olub
10:52 / 14-03-2025
Ermənistan Qafqaz əhəmiyyətli referenduma hazırlaşır
10:34 / 14-03-2025
DİN və Penitensiar Xidmət əməliyyat keçirib
10:06 / 14-03-2025
BMT-nin Ali Komissarlığı Vardanyan işi üzrə yekun rəyini açıqlayıb
10:02 / 14-03-2025
Ukrayna ordusu Kursk bölgəsini tərk edir
09:49 / 14-03-2025
Gəncədə iki yeniyetmə itkin düşüb
09:45 / 14-03-2025
Abşeronda yaşlı qadın dəm qazından boğulub
09:43 / 14-03-2025
Britaniya Azərbaycana müdafiə attaşesi göndərib - Foto
14:48 / 10-03-2025

20:14 / 09-03-2025

21:05 / 10-03-2025

16:31 / 09-03-2025

22:52 / 10-03-2025

19:56 / 11-03-2025

13:26 / 10-03-2025

21:09 / 13-03-2025

15:56 / 10-03-2025

17:57 / 10-03-2025

11:09 / 11-03-2025

Vaqif Xaçatryanın məhkəməsi: zərərçəkənlər ifadə verib - Yenilənir
Tarix: 01-11-2023 12:36 | Bölmə: Cəmiyyət

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
Reyting.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər(Report).
***
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir.

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.
***
"Armais, Bedo, Ermes və Xaçatryanın dəstəsi bizə zülm etdilər".
Reyting.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Əli Behbudov deyib.
Onun sözlərinə görə, kənd camaatından bütün silahlar alınmışdı: "Ermənilər kənd sakinlərini qırdılar, talanlar edib, evlərə od vurdular. Vaqif Xaçatryan kəndimizin bütün yollarını gözəl tanıyırdı. Kənddə hamı bir-biri ilə qohum idi. Armais, Bedo, Ermes və Xaçatryanın dəstəsi bizə zülm etdilər. Əvvəldən Badara kəndi ilə münasibətlərimiz pisləşmişdi. Yolumuz onların kəndindən keçdiyi üçün bizi getməyə qoymurdular, çətinliklər yaradırdılar. Ən çox da Vaqifin dəstəsi Meşəli soyqırımında adından söz etdirmişdi. Lakin rus döyüşçülər də var idi".
V.Xaçatryan zərərçəkmişin ifadəsinə münasibət bildirərək həmin hadisələrdə iştirak etməyib.
V.Xaçatryan: Siz deyirsiniz ki, güllə yağış kimi yağırdı. Bəs mənə o güllə yağışından niyə bir güllə dəymədi?
Zərərçəkmiş: Bir gün əvvəldən kənddən bütün silahları yığmışdılar. Siz bizi güllə yağışına tuturdunuz. Təbii ki, güllə yarası ala bilməzsən(Report).
***
"Ermənilər Meşəlini hər tərəfdən mühasirəyə alıb, səsucaldıcı ilə çağırış edirdilər. Bizi aldadıb çölə çıxarıb qırdılar".
Reyting.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Nadir Əkbərov deyib.
Onun sözlərinə görə, həmin hücumda Badara kəndindən olan şəxslər iştirak edib:
"Ermənilər səsucaldıcı ilə camaatı çölə çıxardıb qətillər törətdilər. Bizim kəndin qatili Vaqif Xaçatryandır. Şəxsi münasibətim olmasa da onu gözəl tanıyıram. Mən özüm də Birinci Qarabağ müharibəsində döyüşmüşəm. Mənim anamı, atamı Vaqif qətlə yetirdi. Vitaliy Balasanyanla əsir dəyişirdilər. Vaqif Xocalı soyqırımında da amansız qətillər törədib. Vaqif girovları işgəncə verib öldürürdü. Bizim kəndin sakinlərini uşaq, qoca, qadın demədən məhv etdilər".
***
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Reyting.az xəbər verir ki, məhkəmədə zərərçəkmiş şəxslərin ifadələri elan olunub.
Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.
***
Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Hazırda V.Xaçatryanın hüquqlarını vəkil Radmina Abulova qoruyur.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:22
Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
Bu gün, 14:27
Ata oğlunun ölümündə şübhəli bilinir
Bu gün, 13:01
Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 10:53
Bakıdakı "Boranı" restoranında yanğın olub
Bu gün, 09:45
Abşeronda yaşlı qadın dəm qazından boğulub
Bu gün, 08:54
Okeanlarda daha sürətlə qabarma prosesi gedir
Bu gün, 07:59
İlin ilk Ay tutulması başlayıb
Dünən, 16:42
Aviasiya sahəsinə dair daha bir qayda təsdiqlənib
Dünən, 12:42
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 11:15
Qusarda kürəkən keçmiş qayınatasını bıçaqlayıb
12-03-2025, 17:39
Kriminal avtoritetin məhkəməsində tanınmış idmançı da ifadə verib
12-03-2025, 17:04
Saturn ətrafında 128 yeni peyk kəşf edilib
12-03-2025, 14:11
Genetik pasport nəyə görə lazımdır?
12-03-2025, 13:19
Mərkəzi Aranda və ətraf ərazilərdə rəqəmsal radio yayımı başlayıb
12-03-2025, 12:40
Bir milyon manatlıq dələduzluq işi: məhkəmə istintaqı yenilənib
12-03-2025, 12:24
Sabahın hava proqnozu açıqlanıb
12-03-2025, 12:09
Uşaq hüquqları ilə bağlı qanun layihəsi hazırlanıb
12-03-2025, 12:04
Sumqayıt şəhərində silah-sursat tapılıb
12-03-2025, 11:05
Üç hərbçimizi qətlə yetirən şəxslə bağlı qərar verilib
12-03-2025, 10:31
Sertfikatlaşdırma prosesi: "Müddətli əsaslarla işləyən və təqaüd yaşlı müəllimlər prosesdən azaddır"
12-03-2025, 10:28
AYB şairi məhkəməyə verib
12-03-2025, 09:21
Ağsuda 31 yaşlı kişini "tok" vuraraq öldürüb
11-03-2025, 17:51
Qoruq ərazisindəki yanğın söndürülüb
11-03-2025, 17:39
Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurası ilk iclasını keçirib
11-03-2025, 16:14
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıb
11-03-2025, 14:51
Axtarışa verilmiş 3 nəfər Rusiyadan Azərbaycana gətirilib
11-03-2025, 14:01
İlon Mask Ukraynanı kiberhücumda ittiham edir
11-03-2025, 13:42
143 milyonluq mənimsəmədə birbaşa əli olanlar azadlıqdadır - Məhkəmə
11-03-2025, 12:27
Sabahın hava proqnozu açıqlanıb
11-03-2025, 10:54
Zahid Oruc: Qərbi Azərbaycana aid irs nümunələrinin vahid milli fonda daxil ediləcəyinə ümidvarıq
11-03-2025, 09:27
Formasını dəyişə bilən robot hazırlanıb - Foto
11-03-2025, 08:43
Yanacaq tankeri konteyner gəmisi ilə toqquşub
10-03-2025, 15:38
Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat başlayıb
10-03-2025, 14:15
Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub
10-03-2025, 12:27
Sabahın hava proqnozu açıqlanıb
10-03-2025, 11:30
Milli Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri cüzi azalıb
10-03-2025, 11:10
Aqrar Universitetin qəzetlərlə bağlı tenderi ləğv olunub
10-03-2025, 10:37
29 milyon manatdan çox dövriyyəsi olan mərc oyunları ilə bağlı məhkəmə iclası olub
10-03-2025, 09:28
Şabranda ana və övladı dəm qazından ölüb
10-03-2025, 09:15
Şəkidə avtomat satan şəxs tutulub