DİN və Penitensiar Xidmət əməliyyat keçirib
Tarix: 14-03-2025 10:34 | Bölmə: Xəbərlər
DİN və Penitensiar Xidmət əməliyyat keçirib

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Daxili İşlər Nazirliyi (DİN) Bakıda əməliyyat keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə Penitensiar Xidmətin və DİN-nin yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.






Bölməyə aid digər xəbərlər