Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
Tarix: 14-03-2025 16:22 | Bölmə: Cəmiyyət
Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilir ki, mart ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 25 kiloqram 900 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər