Moskva yenidən PUA hücumuna məruz qalıb
Tarix: 14-03-2025 11:28 | Bölmə: Xəbərlər
Moskva yenidən PUA hücumuna məruz qalıb

Rusiya paytaxtı Moskva martın 14-də yenidən pilotsuz təyyarələrin (PUA) hücumuna məruz qalıb. Bu, bir həftə ərzində ikinci hücumdur. Moskva meri Sergey Sobyanin paytaxtın dörd pilotsuz təyyarənin hücumuna məruz qaldığını, lakin hava hücumundan müdafiə sisteminin onları vurduğunu bildirib.

Reyting.az
“Mash” Telegram kanalına istinadla xəbər verir ki, pilotsuz təyyarələrdən biri Moskvanın Troitski rayonundakı “Rosinter-2” kottec qəsəbəsindəki şəxsi evə çırpılıb. İkinci mərtəbədə dağıntı olub. Evin yaxınlığında dayanmış avtomobillərə ziyan dəysə də, heç kim xəsarət almayıb.

Bundan əlavə, “Baza” yazır ki, vurulan pilotsuz təyyarənin qalıqları Moskvanın cənubundakı boş binanın üzərinə düşüb. İlkin məlumata görə, xəsarət alan yoxdur.

“Avangard” yaşayış kompleksinə də ziyan dəyib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Eyni zamanda Moskva vilayətində də partlayış səsləri eşidilib. O cümlədən, bir pilotsuz təyyarə Moskva vilayətinin Leninski rayonundakı “Yujnaya Bitsa” yaşayış kompleksinə düşüb. Bu, yeni bina olduğundan orada yaşayış yoxdur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər