29 milyon manatdan çox dövriyyəsi olan mərc oyunları ilə bağlı məhkəmə iclası olub
Tarix: 10-03-2025 10:37 | Bölmə: Cəmiyyət
29 milyon manatdan çox dövriyyəsi olan mərc oyunları ilə bağlı məhkəmə iclası olub

Qanunsuz mərc oyunları təşkil etməkdə və vergidən yayınmada təqsirləndirilən Quliyev Urfan İlqar oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Reyting.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Həmçinin ittihamçı onun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 7-ə təyin olunub.

İttihama görə, Quliyev Urfan İlqar oğlu Bakıda qanunsuz online qumar və mərc oyunları təşkil edib.

İttihamda qeyd olunub ki, yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsi 29 milyon manatdan artıq olub.

O, bu yolla 3 milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə və 1 milyon 700 min manatdan artıq vergidən yayınmada təqsirləndirilib.

Urfan Quliyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinib(Report).




Bölməyə aid digər xəbərlər