Gəncədə iki yeniyetmə itkin düşüb
Tarix: 14-03-2025 09:49 | Bölmə: Xəbərlər
Gəncədə iki yeniyetmə itkin düşüb

Gəncə şəhərində iki yeniyetmə itkin düşüb.

Reyting.az
xəbər verir ki, yaxınlarının sözlərinə görə, 17 yaşlı Əliyev Kamil İlkin oğlu martın 9-da gecə saatlarında tanışının yaşadığı ünvandan Bakıya getmək adı ilə çıxıb və itkin düşüb.

Həmçinin martın 12-də 15 yaşlı Yaqubov Yəhya Əsgər oğlu Gəncədə yaşadığı evdən çıxıb, naməlum istiqamətdə gedərək itkin düşüb.

Hər iki faktla bağlı Gəncə şəhər BPİ-nin 1-ci və 2-ci polis şöbələrində araşdırma aparılır.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər