Şeyxülislam BMT Baş katibinin müavini ilə görüşüb - Foto
Tarix: 13-03-2025 12:20 | Bölmə: Cəmiyyət
Şeyxülislam BMT Baş katibinin müavini ilə görüşüb

Martın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

QMİ-dən Reyting.az-a bildiriblər ki, Paşazadə cənab Moratinosla növbəti dəfə görüşməkdən məmnunluğunu ifadə edib, QMİ-nin təşkil etdiyi müxtəlif sammit və forumlarda BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi kimi fəal iştirakını müsbət qiymətləndirib, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin davamlı olması üçün dualar etdiyini bildirib.

Moratinos xoş qarşılanmaya görə təşəkkür edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə reallaşan görüşün yüksək səviyyədə keçdiyini diqqətə çatdırıb, ölkəmizin əldə etdiyi uğurları diqqətlə izlədiyini qeyd edib, əldə olunan inkişafı müsbət dəyərləndirib. Qonaq bildirib ki, Azərbaycana hər gəlişində Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə görüşür, budəfəki səfərində də uzun illərdən bəri formalaşan ənənəni davam etdirməkdən məmnundur. Cənab Moratinos Paşazadəyə dinlər və sivilizasiyalar arasında dialoqa verdiyi töhfələrə görə bir daha təşəkkürünü bildirib.

Görüş zamanı BMT-nin Sivilizasiyalar Alyansı ilə QMİ arasında faydalı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.





Bölməyə aid digər xəbərlər