Milyarder qar uçqunu altında ölüb - Foto
Tarix: 16-01-2024 17:14 | Bölmə: Xəbərlər
Milyarder qar uçqunu altında ölüb
Andrey Qodunov

Rusiyalı milyarder Andrey Qodunov Murmansk vilayətindəki qar uçqunu nəticəsində ölüb. Faciə yanvarın 8-də baş versə də, meyitin tanınması bir qədər vaxt aparıb.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, “Apple” avadanlığının satışı və xidməti üzrə ixtisaslaşan “NBCom Group”un 48 yaşlı təsisçisi Andrey Qodunov Sankt-Peterburqdan olan 54 yaşlı sahibkar İqor Slonski ilə birlikdə qar arabası ilə gəzintiyə çıxıb. Yürüşdə üç qar arabasında 5 nəfər iştirak edib, onlardan ikisi uçqun altında qalıb, turistlərdən biri xilas edilib.

İstintaq Komitəsinin Murmansk vilayəti üzrə departamentinin məlumatına görə, kişilərin cəsədləri yanvarın 8-də Ramzay dərəsi ərazisində Petrelius dağında tapılıb.

Qeyd edək ki, Qodunov “Apple” avadanlıqlarının Sankt-Peterburq resellerinin yaradıcısı olub.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
1-10-2025, 09:56 XİN Çini təbrik edib