Ağcabədidə ağır qəza: iki hərbçi ölüb
Tarix: 01-05-2025 09:50 | Bölmə: Xəbərlər
Ağcabədidə ağır qəza: iki hərbçi ölüb

Ağcabədi rayonunda ağır yol qəzası olub.

Reyting.az
xəbər verir ki, hərəkətdə olan “Vaz 2106” markalı 10-CM-225 dövlət nömrə nişanlı avtomobil traktorla toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatlarını itiriblər. Həlak olan şəxslərin hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır(Qafqazinfo).




Bölməyə aid digər xəbərlər