Türkiyənin 15 məhəlləsində karantin tətbiq edilib
Tarix: 01-05-2025 11:55 | Bölmə: Cəmiyyət
Türkiyənin 15 məhəlləsində karantin tətbiq edilib

Türkiyənin Balıkəsir şəhərinin Gönen mahalına bağlı Ulukır məhəlləsində dabaq xəstəliyi aşkar edildikdən sonra 15 məhəllədə karantin tətbiq edilib.

Reyting.az
xəbər verir ki, Gönen İlçə Kənd Təsərrüfatı və Meşə Müdirliyi qrupları tərəfindən həyata keçirilən yoxlamalar zamanı Ulukır məhəlləsində iribuynuzlu heyvanlarda dabaq xəstəliyi təsbit edilib.

Xəstəliyin yayılmasının qarşısını almaq üçün Ulukır və daha 14 məhəllə karantinə alınıb.

Karantin çərçivəsində bu məhəllələrə heyvanların giriş-çıxışı qadağan edilib və bölgədə bütün heyvanların hərəkəti dayandırılıb.

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyi karantin qaydalarını pozanlara qarşı inzibati cərimələr tətbiq ediləcəyini bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq
27-04-2025, 12:35 Sabah yağış yağacaq