12:01 / 20-05-2025
Un neçəyədir? - Açıqlama
Keçmiş prezident saxlanılıb
Tarix: 25-04-2025 17:32 | Bölmə: Xəbərlər
Keçmiş prezident saxlanılıb

Braziliyanın keçmiş prezidenti Fernando Kollor de Mello ölkənin şimal-şərqindəki Maseio şəhərində saxlanılıb.

Reyting.az
xəbər verir ki, Kollor de Mello 2023-cü ildə “korrupsiya və çirkli pulların yuyulması” ittihamı ilə 8 il 10 ay həbs cəzasına məhkum edilib.

Ali Məhkəmə sabiq prezidentin məhkumluğu ilə bağlı şikayətini təmin etməyib və həbs cəzasının başlanmasına qərar verib.

Keçmiş prezidentin vəkili Marselo Bessa müvəkkilinin yerli vaxtla saat 04:00 radələrində Braziliyanın paytaxtına gedərkən saxlanıldığını açıqlayıb.

Vəkilin dediyinə görə, Kollor de Mello Ali Məhkəmənin hakimi Aleksandr de Moraesin verdiyi həbs qərarından sonra təslim olmaq üçün paytaxta getməyi planlaşdırırdı.

Vəkil sabiq prezidentin Alaqoas əyalətinin paytaxtı Maceioda federal polis tərəfindən saxlanıldığını açıqlayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər