13:47 / 28-04-2025
Azərbaycan və İran prezidentləri görüşüb - (Yenilənib)
13:34 / 28-04-2025
Birinci siniflərə şagird qəbulu başlayır
13:23 / 28-04-2025
ANAMA əməkdaşı Qazaxda minaya düşüb
13:04 / 28-04-2025
Kreml Kiyevdən birbaşa danışıqlar üçün siqnal gözləyir
13:01 / 28-04-2025
"Azəriqaz" məhkəmədə uduzub
12:53 / 28-04-2025
Aktyor Möylə Mirzəliyev vəfat edib
12:52 / 28-04-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib)
12:41 / 28-04-2025
Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib - (Yenilənib) - Fotolar
12:18 / 28-04-2025
Sabah yağış yağacaq
12:11 / 28-04-2025
Qarabağ zonasında daha 1925,4 hektar ərazi minalardan təmizlənib
11:50 / 28-04-2025
Qaribaşvilinin siyasətdən gedişi: “Gürcü arzusu”nda çatlar yaranıb?
11:32 / 28-04-2025
Baba Vəziroğlu "Ulduz"lu görüşlər"in qonağı olub - Fotolar
11:16 / 28-04-2025
Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib - (Yenilənib) - Fotolar
11:05 / 28-04-2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:24 / 28-04-2025
SOCAR-ın idarə rəisi vəzifədən azad olunub
09:42 / 28-04-2025
Oyun daşlarından blok yığan şəxs rekord qazanıb
09:27 / 28-04-2025
Lavrov: AES-i ABŞ-nın nəzarətinə verməyəcəyik
09:12 / 28-04-2025
İnterpol Makronun mühafizə rəisini axtarışa verib - Foto
09:03 / 28-04-2025
Paris “kəmərləri sıxmağa” qərar verib
08:57 / 28-04-2025
ABŞ-da atışma: 1 ölü, 11 yaralı var
08:44 / 28-04-2025
Görkəmli alim Zərifə Əliyevanın doğum günüdür
08:38 / 28-04-2025
Türkiyə liderlərin görüşünü təşkil etmək istəyir
08:28 / 28-04-2025
Qlobal hərbi xərclər rekord həddə çatıb
08:18 / 28-04-2025
Pekin Vaşinqtonla tarifləri müzakirə etməyə hazırdır
18:15 / 27-04-2025
İlham Əliyev İran prezidentinə başsağlığı verib
14:11 / 27-04-2025
Azərbaycan-İran sərhəddində atışma: ölən və saxlanılanlar var
12:37 / 27-04-2025
Leyla Əliyeva Nepal prezidenti ilə görüşüb
12:35 / 27-04-2025
Sabah yağış yağacaq
10:50 / 27-04-2025
Tofiq Yaqublu xəstəxanaya köçürülüb
11:36 / 24-04-2025

15:57 / 24-04-2025

11:46 / 25-04-2025

15:02 / 25-04-2025

16:29 / 25-04-2025

20:48 / 25-04-2025

09:56 / 24-04-2025

16:04 / 23-04-2025

14:47 / 23-04-2025

18:21 / 25-04-2025

21:22 / 25-04-2025

09:52 / 26-04-2025

İlham Əliyev QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət edib
Tarix: 28-04-2025 10:06 | Bölmə: Slayd

Prezident İlham Əliyev Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Reyting.az xəbər verir ki, müraciət mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Prezidentin müraciətində deyilir:
Hörmətli konfrans iştirakçıları!
Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunur.
Çox şadıq ki, keçən ilin noyabrında Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanmışdır. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalamışdır.
100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının sonrakı dövrdə Qlobal Cənub QHT Platformasının təsisatlanması məqsədilə təşəbbüs qrupuna çevrilməsi birgə, koordinasiyalı fəaliyyətə ehtiyacı aydın nümayiş etdirmişdir.
Şaxələndirilmiş xarici siyasət yürüdən Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik edərək, inkişaf etməkdə olan ölkələrin maraqlarını qətiyyətlə müdafiə etmiş, mühüm qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu dövr ərzində tərəfimizdən fərqli iqtisadi durumda olan üzv dövlətlərə, o cümlədən COVID-19 zamanı 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımları göstərilmiş, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atılmışdır.
Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir.
Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnmişdir. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir.
Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik.
İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın və davamlı inkişafın təşviqinə daim sadiqik.
Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik.
Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik.
Qlobal Cənub QHT Platformasının fəaliyyətinə uğurlar arzu edir və hər bir iştirakçını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm!
Azərbaycana hər zaman güvənə bilərsiniz!
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:47
Azərbaycan və İran prezidentləri görüşüb - (Yenilənib)
Bu gün, 13:23
ANAMA əməkdaşı Qazaxda minaya düşüb
Bu gün, 13:04
Kreml Kiyevdən birbaşa danışıqlar üçün siqnal gözləyir
Bu gün, 12:52
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 11:05
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Bu gün, 09:12
İnterpol Makronun mühafizə rəisini axtarışa verib - Foto
Bu gün, 08:28
Qlobal hərbi xərclər rekord həddə çatıb
26-04-2025, 09:52
Marsa yağış və qar yağması elmi təsdiqini tapır
25-04-2025, 18:21
Putinlə Trampın xüsusi elçisi görüşüb - (Yenilənib)
25-04-2025, 16:29
Əvəz Zeynallı sərbəst buraxılıb
25-04-2025, 15:02
Tramp: Krım Rusiyanın tərkibində qalacaq
25-04-2025, 12:58
Sülh üçün 5 tələb irəli sürülüb
25-04-2025, 11:46
Tramp qlobal sabitliyə ağır zərər vurur - Sabiq nazir
25-04-2025, 11:16
Müəllimlər üçün vakansiya seçimi başlayıb
25-04-2025, 10:58
“Hizbullah” kabusu: reallıq və uydurmalar
25-04-2025, 10:13
Kibertəhlükə artır - Video
25-04-2025, 09:21
Britaniya Ukrayna ilə bağlı planını dəyişir
24-04-2025, 13:31
Prezident qızının milyonları geri qaytarılır
24-04-2025, 11:36
Nüvə müharibəsi: 72 dəqiqəyə 5 milyard insanı ölə və yalnız iki ölkə sağ qala bilər
24-04-2025, 11:12
Varis planı: DİN rəhbəri niyə istefaya göndərilib?
24-04-2025, 10:24
Dünyanın sonu ilə bağlı tarix açıqlanıb
24-04-2025, 09:07
İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb - Fotolar
23-04-2025, 17:24
Türkiyə təhlükədə: güclü zəlzələ ilə bağlı narahatlıqlar davam edir
23-04-2025, 16:48
Trampın qərarı ABŞ-a ciddi problem yaradıb
23-04-2025, 15:54
Azərbaycan Çindən nə umur?
23-04-2025, 14:05
Professor: Prezident Əliyevin Çinə səfəri böyük siyasi hadisədir
23-04-2025, 12:01
Uşaqların cinsi istismarı... - Katolik Kilsə problemi həll edə bilmir
23-04-2025, 11:02
Azərbaycan ilə Çin 18 maddəlik Birgə Bəyanat imzalayıblar
22-04-2025, 12:36
Sonuncu Papa? - Yeni Qiyamət Günü proqnozu verilir
22-04-2025, 10:42
Görmə qabiliyyətini bərpa edən dərman tapılıb
22-04-2025, 09:56
Putin Ukrayna ilə birbaşa danışıqlar təklif edib
22-04-2025, 09:47
Təhsil sektorunda yeni təyinatlar olub - Foto
21-04-2025, 20:43
Qukasyan: Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var idi - (Yenilənib) - Fotolar
21-04-2025, 20:31
İlham Əliyev "Sinxua" agentliyinə müsahibə verib
21-04-2025, 16:58
Professor: Dünyanı iqtisadi zəlzələ gözləyir
21-04-2025, 14:10
Putinin vasitəçiliyi İran və İsrailə sərf edirmi?
21-04-2025, 13:16
Qarabağa iki köç karvanı gedib - (Yenilənib)
21-04-2025, 12:11
Ukrayna əhalisi 8 milyon azalıb
21-04-2025, 11:30
Ticarət savaşı: qızıl bahalaşır, dollar dəyər itirir
21-04-2025, 10:46
Təhsil idarələrinə müdirlər təyin olunub - Siyahı
21-04-2025, 08:08
Avropa su altında qala bilər
19-04-2025, 09:12
Azərbaycan Ordusunun mövqelərini atəşə tutulub
18-04-2025, 19:08
ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir?
18-04-2025, 10:03
Təhsil Tələbə Krediti Fondunda qanunsuzluqlar üzə çıxarılıb