Ukraynada azərbaycanlı iş adamı oğurlanıb
Tarix: 30-04-2025 14:51 | Bölmə: Xəbərlər
Ukraynada azərbaycanlı iş adamı oğurlanıb

Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, 1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.

Yerli polisin müşahidə kameraları vasitəsilə ilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V. Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.

Qeyd edək ki V. Osmanov Ukrayna vətəndaşıdır və Odessada Azərbaycan diasporunun fəal üzvüdür.




Bölməyə aid digər xəbərlər
25-04-2025, 09:54 Bəzi çaylarda su artıb