İtkin düşən həkimin meyiti tapılıb
Tarix: 30-04-2025 10:19 | Bölmə: Xəbərlər
İtkin düşən həkimin meyiti tapılıb

Aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb.

Reyting.az
xəbər verir ki, Arif Uluxanovun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib.

İlkin məlumata görə, meyitin üzərində hər hansı xəsarət olmayıb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Arif Uluxanov uzun illər Qusar Rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.




Bölməyə aid digər xəbərlər
25-04-2025, 09:54 Bəzi çaylarda su artıb