23:13 / 22-05-2025
Hikmət Hacıyev Avropa İttifaqının rəsmisi ilə görüşüb
23:00 / 22-05-2025
16 yaşlı arvadının meyitini Kürə atan şəxs həbs edilib
22:23 / 22-05-2025
"NATO Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir"
21:28 / 22-05-2025
Bakıda ermənilərin növbəti məhkəməsi keçirilir
18:58 / 22-05-2025
Şahbaz Şərif Azərbaycana gəlir
18:03 / 22-05-2025
Mikayıl Cabbarov Müdirlər Şurasının sədri təyin olunub
17:52 / 22-05-2025
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17:46 / 22-05-2025
Əli Əsədov Agentliklə bağlı qərar imzalayıb
17:37 / 22-05-2025
Alkoqollu içkilərin qiyməti ilə bağlı qayda təsdiqlənib
17:28 / 22-05-2025
Moskvanın hava limanlarında 37 reys gecikib
15:58 / 22-05-2025
Ruslar daha bir yaşayış məntəqəsini nəzarətə götürüb
15:40 / 22-05-2025
Rusiya və Belarus məhsullarına rüsumlar artırılıb
15:21 / 22-05-2025
Kənan Quluzadə Aparat rəhbəri təyin olunub
15:17 / 22-05-2025
“Ulduz”un may sayı çapdan çıxıb - Foto
15:17 / 22-05-2025
Nazirliyin işçilərinin sayı artırılıb
15:12 / 22-05-2025
Tələt Məcidov ordenlə təltif olunub
15:06 / 22-05-2025
Prezident bir qrup şəxsi təltif edib - Siyahı
14:42 / 22-05-2025
Erməniəsilli şəxslər hakim qarşısına çıxarılıb
14:02 / 22-05-2025
“Rafale” qırıcısının vurulması Avropaya xəbərdarlıqdır
13:58 / 22-05-2025
Mayın 25-də II və III ixtisas qruplarına qəbul imtahanı keçiriləcək
13:31 / 22-05-2025
İşə qəbul müsabiqəsinin test imtahanının vaxtı açıqlanıb
13:28 / 22-05-2025
Nazirliyin şəhər və rayon idarələri ləğv edilib
13:26 / 22-05-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:22 / 22-05-2025
Naxçıvanda kütləvi qida zəhərlənməsi olub
13:16 / 22-05-2025
İran-ABŞ nüvə danışıqlarının 5-ci raundu Romada keçiriləcək
13:08 / 22-05-2025
Prezident ADY sədrinə müavin təyin edib - Sərəncam
13:05 / 22-05-2025
Ruslar Ukraynaya nəzarət üçün 10 min kameraya giriş əldə edib
13:00 / 22-05-2025
Jurnalist Natiq Pənahlı vəzifəyə təyin olunub
12:51 / 22-05-2025
“Araz-2025”: Azərbaycan və İran birgə təlimi uğurla başa çatıb - Video
12:41 / 22-05-2025
Kadırovun zabitlərinin olduğu avtomobil partladılıb
16:30 / 19-05-2025

16:34 / 20-05-2025

08:36 / 18-05-2025

14:48 / 19-05-2025

18:12 / 18-05-2025

17:34 / 18-05-2025

12:22 / 20-05-2025

13:33 / 20-05-2025

14:20 / 20-05-2025

20:48 / 19-05-2025

08:12 / 19-05-2025

10:25 / 19-05-2025

Bakıda ermənilərin növbəti məhkəməsi keçirilir
Tarix: 22-05-2025 21:28 | Bölmə: Xəbərlər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 22-də davam etdirilib.
Reyting.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmədə təqsirləndirilən şəxs Davit İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.
Videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan “Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: “Daşnaksütyun” 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı. “Daşnaksütyun” təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Digər əsas məsələ isə təşkilatçılıq idi. “Daşnaksütyun” bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil ki, partiya 1990–1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda, həmçinin sahələrdə öz parlaq fəaliyyətini göstərdi. O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam”.
Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən D.İşxanyan deyib: “Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm”.
Televiziyaya verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verən D.İşxanyan videomaterialda Qarabağın Ermənistana birləşdirilməsi barədə söylədiyi fikirləri “Daşnaksütyun”un deyil, “deputat” olaraq qondarma rejimin “parlament”inin fikirləri kimi səsləndirdiyini deyib.
Təqsirləndirilən şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın Azərbaycan ərazilərinin işğalının hansı zərurətdən irəli gəlməsinə dair sualına cavab verməkdən yayınıb.
Məhkəmə prosesində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə keçmiş qondarma qurumun nümayəndələri ilə keçirdiyi görüşə dair videomaterial nümayiş olunub.
Videomaterialda göstərilir ki, görüşdə çıxış edən Levon Ter-Petrosyan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan qondarma quruma Ermənistan adından ən yüksək təhlükəsizlik zəmanətləri verdiyini xatırladıb.
O, qondarma qurum ilə Ermənistan arasında imzalanacaq təhlükəsizlik zəmanətləri barədə müqaviləni məxfi sənəd adlandırıb.
Kadrlarda Ermənistanın keçmiş prezidenti müqavilənin iki nüsxədən ibarət olacağını deyərək əlavə edib: “Dağlıq Qarabağ respublikası” beynəlxalq ictimaiyyətin, Rusiya Federasiyasının, ABŞ-ın və xüsusilə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın zəmanətlərinə güvənir".
L.T.Petrosyan bildirir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir.
Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs Arkadi Qukasyan L.T.Petrosyanla keçirilən həmin görüşdə iştirak etdiyini deyib.
Həmin görüşü “taleyüklü məsələ” adlandıran təqsirləndirilən şəxs videomaterialın Kəlbəcər rayonu işğal olunduqdan sonra çəkildiyini xatırladıb. Bildirib ki, həmin görüş zamanı keçmiş qondarma qurumun Azərbaycanla danışıqlar aparan qrupunun rəhbəri və qurumun “deputatı” olub.
A.Qukasyan əlavə edib ki, bu görüşdən sonra Georgi Petrosyan “vəzifəsindən” istefa verib: "Parlamentin sədri vəzifəsini Karen Baburyan icra etməyə başladı. O isə Robert Köçəryanla birlikdə Levon Ter-Petrosyanın təqdim etdiyi sənədi imzaladı.
Həmin sənədə əsasən, Ermənistan Respublikası münaqişə tam başa çatanadək Qarabağın təhlükəsizliyinin təminatını öz üzərinə götürürdü”.
Daha sonra dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyana Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov tərəfindən Şuşanın işğalı, işğalda iştirak edən şəxslərlə bağlı suallar ünvanlanıb.
L.Mnatsakanyan suallara cavabında Şuşanın işğalında iştirak edən Aşot Qulyanı tanıdığını, lakin onunla xidmət etmədiyini deyib.
Məhkəmədə L.Mnatsakanyaın da olduğu qondarma qurumun vəzifəli şəxslərinin müsahibə verdiyi videomaterial nümayiş etdirilib.
Vidoematerialda L. Mnatsakanyan deyir: “Şuşanı tutan zaman Aşot Qulyanın bölüyündə olmuşam. Bizim bölüyümüz onların bölüyünün sol tərəfində - Şuşa qalası istiqamətində fəaliyyət göstərirdi və bölüklə ilə sıx əməkdaşlıq edirdi. Əsas cəbhənin yarılması mərkəzi və sol hissədə idi.
Ardınca dövlət ittihamçılarının sualını cavablandıran Levon Mnatsakanyan kadrlarda dediyi sözləri inkar edib.
Təqsirləndirilən şəxs bildirib ki, 1993-1994-cü illərdə onların əsas istiqamətləri Ağdərə, Ağdam, Cəbrayıl və Füzuli olub.
Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Bölməyə aid digər xəbərlər

Bu gün, 23:00
16 yaşlı arvadının meyitini Kürə atan şəxs həbs edilib
Bu gün, 21:28
Bakıda ermənilərin növbəti məhkəməsi keçirilir
Bu gün, 18:58
Şahbaz Şərif Azərbaycana gəlir
Bu gün, 15:21
Kənan Quluzadə Aparat rəhbəri təyin olunub
Bu gün, 15:17
Nazirliyin işçilərinin sayı artırılıb
Bu gün, 14:42
Erməniəsilli şəxslər hakim qarşısına çıxarılıb
Bu gün, 13:22
Naxçıvanda kütləvi qida zəhərlənməsi olub
Bu gün, 12:28
Andrey Sibiqa Azərbaycana səfər edəcək
Bu gün, 11:58
Allahşükür Paşazadəyə yeni müavin təyin olunub
Bu gün, 11:34
Qurban bayramı ilə bağlı fətva verilib
Bu gün, 10:27
Həkim: Bayden bir il ərzində ölə bilər
Bu gün, 10:20
ABŞ-da İsrail səfirliyinin iki əməkdaşı öldürülüb
Bu gün, 10:19
Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edilib
Bu gün, 09:24
Xəzər dənizində zəlzələ olub
Bu gün, 08:47
ABŞ senatoru Çinə xəbərdarlıq edib
Dünən, 20:40
Məktəb direktorunun səs yazısı yayılıb
Dünən, 18:03
Polkovnik Şahin Quliyev həbs edilib
Dünən, 16:26
NATO əsgərləri ruslarla döyüşə hazırlaşır
Dünən, 16:02
Rusiyanın bir sıra regionlarında internet kəsilib
Dünən, 14:36
Sabiq prezidentin keçmiş müşaviri güllələnib
Dünən, 13:11
AHİK sədri uşaqlıq dostuna "yaşıl işıq" yandırıb
Dünən, 12:19
İnstitut direktoru ev dustaqlığına buraxılmayıb
Dünən, 10:39
Naxçıvanda Kənd təsərrüfatı naziri təyin ediblər
Dünən, 10:21
“Yetmişincilər”in 70 yaşlı Vaqifi - Adil Cəmil yazır
Dünən, 10:20
Bakıda 44 yaşlı qadını qaçıran şəxs tutulub
Dünən, 08:33
Kallas: Suriyaya sanksiyalar ləğv edilməlidir
Dünən, 07:59
Bakıda dünya çempionatı başlayır
20-05-2025, 22:36
Sabirabaddakı qətl hadisəsi araşdırılır
20-05-2025, 18:45
Yanacaqsız işləyən mühərrik kəşf ediblər
20-05-2025, 17:54
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
20-05-2025, 17:12
Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib
20-05-2025, 16:01
Ər arvadını öldürərək Kür çayına atıb
20-05-2025, 12:59
İki direktora şiddətli töhmət veriblər
20-05-2025, 11:16
İsrail əsgərləri daha 45 fələstinlini öldürüb
20-05-2025, 10:55
700-yə yaxın əcnəbi Azərbaycandan çıxarılıb
20-05-2025, 08:25
Əsirlərin dəyişdirilməsi planı hazırlanıb
20-05-2025, 08:19
Avropa Trampa heyrətlənib
19-05-2025, 22:33
Casusluqda ittiham olunan fransız hakim qarşısına çıxarılıb
19-05-2025, 17:57
Keçmiş nazirin ölkədən çıxışına “stop” qoyulub
19-05-2025, 17:54
Qalmaqallı sədrin oğlu vəzifədən azad olunub
19-05-2025, 17:46
Apellyasiya Komissiyası fəaliyyətə başlayır
19-05-2025, 13:03
Qitələrarası raketin buraxılışı uğursuz olub
19-05-2025, 10:00
Rusiya üzərində daha 35 PUA vurulub
19-05-2025, 09:41
Baydenin səhhəti Trampı kədərləndirib
19-05-2025, 08:37
Paytaxt meri prezident seçilib
19-05-2025, 00:38
Baydendə ağır xəstəlik aşkar ediblər
18-05-2025, 18:12
Mənim çayımı tünd elə, a bala! - İmarət Cəlilqızı yazır
18-05-2025, 10:03
Polşada prezident seçkisi keçirilir
17-05-2025, 19:28
General vəzifədən çıxarılıb
17-05-2025, 18:30
Gəncədə 18 yaşlı gənc bıçaqlanıb