12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
Apellyasiya Komissiyası fəaliyyətə başlayır
Tarix: 19-05-2025 17:46 | Bölmə: Xəbərlər
Apellyasiya Komissiyası fəaliyyətə başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyətə başlayacaq.

Reyting.az
xəbər verir ki, bunu BŞTİ-dən bildiriblər.

Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 20-23 may 2025-ci il tarixlərində saat 14:30-16:30 aralığında BŞTİ-yə yaxınlaşaraq müvafiq Apellyasiya Komissiyasına müraciət edə bilərlər. Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədlərini özü ilə gətirməsi vacibdir.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərin nəticələri barədə məlumat namizədlərin şəxsi kabinetlərinə göndərilib.




Bölməyə aid digər xəbərlər