İran-ABŞ nüvə danışıqlarının 5-ci raundu Romada keçiriləcək
Tarix: 22-05-2025 13:16 | Bölmə: Siyasət
İran-ABŞ nüvə danışıqlarının 5-ci raundu Romada keçiriləcək

İran və ABŞ arasında nüvə danışıqlarının beşinci raundunun mayın 23-də Romada keçiriləcəyi bildirilir.

Reyting.az
xəbər verir ki, İran və ABŞ arasında nüvə danışıqlarında vasitəçilik edən Omanın Xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi xəbəri təsdiqləyib.

“İran-ABŞ danışıqlarının 5-ci raundu cümə günü, mayın 23-də Romada baş tutacaq”,- Xarici işlər naziri qeyd edib.

Xatırladaq ki, aprel ayından bəri İran və ABŞ nümayəndə heyətləri Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı və ABŞ sanksiyalarının ləğvi ilə bağlı dörd raund danışıqlar aparıb. Mayın 11-də Omanın paytaxtı Maskatda IV tur keçirilib.

ABŞ rəsmiləri son vaxtlar tez-tez İrandan uranın zənginləşdirilməsi üzrə fəaliyyətini tamamilə dayandırmağı tələb etsələr də, Tehran administrasiyası bu tələbi qəti şəkildə rədd edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər