18:27 / 21-05-2025
AMİP qurultaya hazırlaşır
İnstitut direktoru ev dustaqlığına buraxılmayıb
Tarix: 21-05-2025 12:19 | Bölmə: Xəbərlər
İnstitut direktoru ev dustaqlığına buraxılmayıb

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində bununla bağlı iclas keçirilib.

Məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.




Bölməyə aid digər xəbərlər