AHİK sədri uşaqlıq dostuna "yaşıl işıq" yandırıb
Tarix: 21-05-2025 13:11 | Bölmə: Xəbərlər
AHİK sədri uşaqlıq dostuna "yaşıl işıq" yandırıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Respublikası Ticarət, İctimai-İaşə, Kooperasiya, Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq və Digər Xidmət Sahələri İşçiləri Həmkarlar İttifaqları Federasiyasının Qurultayı keçirilib.

Reyting.az
Konkret.az-a istinadla xəbər verir ki, qurultay nümayəndələrinin səs çoxluğu ilə Fuad Ələkbərov Azərbaycan Respublikası Ticarət, İctimai-İaşə, Kooperasiya, Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq və Digər Xidmət Sahələri İşçiləri Həmkarlar İttifaqları Federasiyasının sədri seçilib.

Qeyd edək ki, Fuad Ələkbərov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun uşaqlıq dostudur.

Onun beynəlxalq təşkilatlarda və özəl sektorda iş təcrübəsinə malik olduğu bildirilir.




Bölməyə aid digər xəbərlər