12:01 / 20-05-2025
Un neçəyədir? - Açıqlama
İsrail əsgərləri daha 45 fələstinlini öldürüb
Tarix: 20-05-2025 11:16 | Bölmə: Xəbərlər
İsrail əsgərləri daha 45 fələstinlini öldürüb

İsrail ordusunun Qəzza zolağına son hücumlarında 45 fələstinli həyatını itirib.

Reyting.az
xəbər verir ki, sağlamlıq və şahid mənbələrindən alınan məlumata görə, İsrail ordusu, 2 kamikadze dronla Qəzza şəhərinin mərkəzində olan Musa Bin Nasir məktəbini vurub.

İsrailin hücumunda 10 fələstinli öldürülüb, çox sayda insan yaralanıb.

Qəzza zolağının şimalındakı Cibaliya qaçqın düşərgəsində isə eyni ailədən 7 nəfər öldürülüb.

Bundan başqa, Qəzzanın mərkəzi hissəsində 13 fələstinli həyatını itirib.

Qeyd edilir ki, daha 15 nəfər hücumlar zamanı gülləyə tuş gəlib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər