09:33 / 27-06-2025
Qaxda zəlzələ olub
XİN İran səfirindən təkzib tələb edir
Tarix: 27-06-2025 23:20 | Bölmə: Xəbərlər
XİN İran səfirindən təkzib tələb edir

İran tərəfindən iki ölkə arasında münasibətlərin ruhuna uyğun olmayan addımların qarşısını almasını, həmçinin ölkəsini təmsil etməkdənsə, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin səsləndirdiyi fikirlərlə bağlı lazımi addımlar atmasını gözləyirik.

Reyting.az
xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Azərbaycan ərazisindən guya İrana qarşı istifadə edilməsi ilə bağlı əsassız iddialarına dair şərhində yer alıb.

XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikası onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İran İslam Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edir: "Bu cür iddialar əsassızdır və bu barədə heç bir mötəbər sübut yoxdur. İran tərəfindən münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısını almasını, həmçinin ölkəsini təmsil etməkdənsə, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin səsləndirdiyi fikirlərlə bağlı lazımi addımlar atmasını gözləyirik”.




Bölməyə aid digər xəbərlər
Dünən, 09:33 Qaxda zəlzələ olub