Som balığı beş nəfəri yaralayıb
Tarix: 24-06-2025 07:55 | Bölmə: Xəbərlər
Som balığı beş nəfəri yaralayıb

Almaniyada polis məmuru Bavariyadakı Brombax gölündə üzgüçüləri yaralayan iki metrlik som balığına atəş açmağa məcbur olub.

Reyting.az
xəbər verir ki, bu barədə “inFranken.de” məlumat yayıb.

Hadisə ötən şənbə günü, çəkisi 90 kiloqrama qədər olan aqressiv som balığının qısa müddət ərzində “Burning Beach” festivalının beş iştirakçısına hücumundan sonra baş verib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər