18:04 / 26-06-2025
Narkotik satan ata və oğlu tutulub
16:30 / 26-06-2025
Azərbaycandakı dinlərarası harmoniya Tolerantlıq Evində müzakirə olunub
16:17 / 26-06-2025
Azərbaycanı gülüstana çevirənlər! - Zahid Oruc yazır
13:15 / 26-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 26-06-2025
İlham Əliyevlə İran prezidenti arasında telefon danışığı olub
11:02 / 26-06-2025
Kəlbəcərdə yük maşını çaya aşıb, sürücü ölüb
10:29 / 26-06-2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
09:25 / 26-06-2025
Tarixi yanlışlıq - İbrahim Əliyev yazır
08:51 / 26-06-2025
Cənubi Qafqazın ən güclüsü...
00:00 / 26-06-2025
Bu gün Silahlı Qüvvələri Günüdür
22:36 / 25-06-2025
MÜTDA: "7 müəllimin nəticəsi ləğv ediləcək"
21:49 / 25-06-2025
Tovuzda kütləvi zəhərlənmə olub - Yenilənib
19:56 / 25-06-2025
Ceyhun Bayramov İranın yeni səfirini qəbul edib
18:04 / 25-06-2025
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
18:00 / 25-06-2025
Beynəlxalq axtarışa verilmiş şəxsi Rusiyaya təhvil verilib
17:49 / 25-06-2025
Ter-Petrosyan II Qareginlə siyasi vəziyyəti müzakirə edib
17:44 / 25-06-2025
“Azəriqaz”ın baş direktoruna müavin təyin olunub
17:27 / 25-06-2025
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb
17:02 / 25-06-2025
Trampla Zelenski Niderlandda görüşüblər
16:56 / 25-06-2025
Qırğızıstanda parno saytlara giriş bloklanıb
16:45 / 25-06-2025
Bakıda əməliyyat: saxlanılanlar var - Video
16:39 / 25-06-2025
Toy karvanında "avtoş"luq edən sürücülər saxlanılıb
16:20 / 25-06-2025
Səkkiz rayona prokuror təyin edilib - Yenilənib
15:59 / 25-06-2025
Kansler: Rusiya Avropanın sülh və siyasi nizamını təhdid edir
15:40 / 25-06-2025
“Pasportlar haqqında” qanun dəyişib
15:35 / 25-06-2025
Tramp Haaqada Zelenski ilə görüşəcək
15:29 / 25-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:26 / 25-06-2025
İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı sazişi təsdiqləyib
15:04 / 25-06-2025
“Kontakt Home” qanunu pozub
14:57 / 22-06-2025

06:06 / 22-06-2025

19:12 / 23-06-2025

10:14 / 24-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

07:09 / 24-06-2025

14:55 / 25-06-2025

00:39 / 25-06-2025

09:25 / 26-06-2025

08:27 / 25-06-2025

Azərbaycanı gülüstana çevirənlər! - Zahid Oruc yazır
Tarix: 26-06-2025 16:17 | Bölmə: Xəbərlər

Zahid ORUC
Ordu varlıq hadisəsidir, yoxluğa qarşı antiteldir. O, dəyəri on-yüz milyardlarla ölçülən texnika-texnologiya sənayesi olmaqdan çox, millət ruhunun bir bədəndə-dövlətdə birləşən, lakin İlahidən güc alan avatardır. Əks halda, yalnız daxili savaş hüceyrələri, hamının hamıya qarşı mübarizə aləti, insanı insanın canavarı kimi görən Hobsun əqli təntənəsi olardı.

Ordu zirehli maşındır, lakin təkcə tankların və topların, müasir radioelektron qurğuları və süni zəka texnologiyalarının yer altında, quruda, suda, sonsuz Göylərdə-10 G sistemlərində vahid hərəkət aktı olmaqla yanaşı, milyonlarla insanın şərəf və ləyaqət, əyilməzlik və qalibiyyət, qürur və and yeridir, nəhayət, əbədi varlıq duyğusunun enerji bankıdır, tükənməz hislər deposudur. Yer planetinin öz oxu və Günəş ətrafında fırlanması kimi fərddən vətəndaşa və millətə çevrilməyin tək yoludur. Qurdun uçuşa can ataraq, kəpənək olduğu, Yerdən Göylərə qanad açdığı bioloji transformasiyadır. Müqəddəslərin diliylə desək, Məkkədən sonra başına dolandığın tək qüvvədir.
Ordu, zamanın barometridir, millətin keçmişini, gələcəyini əyarladığı tək qurğudur, lakin yalnız dəmirin, poladın, bir sözlə Mendeleyev cədvəlinin hərəkətə gətirdiyi nəhəng kultural ikona- BİG BEN deyil, Nobel ödüllü biosaatın-qan və əzələnin özüdür. Xalq silahlı gücün pulsunu hiss etmirsə, sinirsiz kötüyə çevrilir, radarlardan çıxır, fəlakətə sürüklənir-sağ qalmır, ən bahalı Dəmir Günbəz belə qorumur, əksinə, David Sapanddan başlayan bütün müdafiə sistemləri hava hücumuna qarşı qalxana deyil, üzərində ağır əsarət yükünə dönür.
26 iyun doğuluşdur, lakin 8 noyabrdan sonra əbədi varlıq təqviminin birinci günüdür. Əks halda, Cümhuriyyətin Gəncədən Bakıya, sonra Qarabağa-sərhədləri təzəcə cızılan Azərbaycana səpələnən, naxçıvanskilərin, mehmandarovların min bir əziyyətlə qurduğu silahlı qüvvələrin vahid nizamlı gücə çevrilmədən məhv edilməsidir, beşikdəcə boğulan səlnamənin üzərindən xətt çəkən bolşeviklər kimi, xalqı meydanlara çıxaran milli demokratiyamızın da azadlıq marselyozaları altında faciə və soyqırımlar simfoniyası ilə əvəzlənməsidir.
Yalnız böyük Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi ilə çarizmdən başlayan, Demokratik Respublika ilə davam edən, sonra süquta uğrayan, lakin ikinci dünya müharibəsində 300 mindən artıq qurban verərək sovetlərin qalibiyyət bayrağını Reyxstaqa sancan bir qüvvəni beynəlmiləl ordu tərkibindən alaraq milliləşdirdi, içində yaşadığı ideoloji sistemi təhdid etmədən, onu mənsub olduğu formasiya və quruluşdan önə çıxardı, bütün zamanların fövqünə qaldırdı.

90-cı illərdə Heydər Əliyevin yetişdirdiyi minlərlə zabit və nizami əsgər başqa liderə təzim etmədiyi üçün az qala düşmənə təslim ediləcəkdi. Daxili üsyan və qiyamlarda səhra komandirinə girov düşənlər nəinki Ermənistanla, mütəşəkkil kriminal xarici qrupla savaş qarşısında belə vahid hərbi-siyasi güc kimi çıxış etmək imkanında olmadıqlarını göstərdilər. Hərçənd döyüşkən oğullar o zaman da 21-ci əsrin 25-ci ilindən az vətənpərvər və cəsur deyildilər. Bir anlıq düşünürsən ki, qədimdə olduğu kimi düşmən əsgər və zabitlərimizi deyil, siyasi rəhbərlərimizi ələ keçirsəydi, hansı təslimçilik aktına imza atdırmağı qət edərdi. Lakin ordu idealı tariximizin kölgəli epizodlarını müqəddəs günlərdə unutmağı tələb edir.
Qayıdış ruhu millətimizin əbədi varlıq fəlsəfəsi olduğu üçün Ulu Öndərin dönüşü birinci növbədə, Heydər Əliyev Ordusunu xilas etdi. Bəli, bütün xalqların keçdiyi min illik tarix yalnız hökmdarların qılınc səlnamələrini və döyüş məktəblərini vəsf edir. Klausevitsin nəzəriyyələrini başı üzərindən asanlardan fərqli olaraq, qoca Şərqin yeni sərkərdəsi-sovet çekist sisteminin zirəvələrini fəth edən azərbaycanlı- 90-cı illər Azərbaycanın da xilaskarı oldu. Vaxtilə hərbi uniformada əyilən, əzilən və süquta uğrayan ruhun dirçəlişi baş verdi.
Azadlıq Ordumuz yalnız düşmənə qarşı birlik zirehi deyildi, daha çox dünyaya, Əbura bizimdir-Günəş altındakı bir parça Yerin-Odlar Yurdunun sahibiyik” demək üçün gərək idi. Qafqazlarda sağ qalmanın tək şərti budur. Uca dağlar zəifləri sevmir, lakin güc yalnız biləyə söykənə bilməz. Biliyin və biləyin vəhdəti, ruh və bədənin harmoniyası olan Ordumuz Heydər Əliyev zəkasının və millətin vahid bədən şəklidir. İşğala uğrayan və növbəti faciələrinin ildünümünü keçirən 3 əsrlik tarixin gedişini, Pyotrun vəsiyyətlərini əbədi məzlumiyyət hökmü kimi xalqa təqdim edənlərin fəsli bağlandı.

Ulu öndər millətimizin yeni eraya keçidinin-Hicrətin 1500 il sonrakı müqəddəs yürüşünün əsasını qoydu. Müasir informasiya kanallarında nimdaş libaslı, silahsız bir ovus hərbçi qarşısında kürsüyə min illərin xalısı sərilmiş halda Heydər Əliyevin sarsılmış yetirmələrinə xitabı əbədiləşib- Mili Lider xaos içində nizamdan, məğlubiyyət qarşısında səfərbərlikdən, düşmən önündə yenilməzlikdın danışır. Ardınca Horadiz əməliyyatı başlanır. O bir-birini əvəzləyən məhv olma ssenarisinin dayandırılması, pauza qarşısında təsəlli olur. Üzərindən 26 keçəndən sonra Siyasi Varis məhz oradan başlayır-Atanın Qalibiyyət Yerindən… Mərcanlı uğurunu bütün xalq əzbərləyir.
Əsrlərdən və əsirlərdən sonra əsarət tarixini bağlayan bir millət özünə yeni Yulian kalendarı yaradır. Əlbəttə, Zəfər qazana bilməyən xalqlar başqalarının qələbə marşlarını oxumağa, əmr və tapşırıqlarına müsəlləh əsgər olmağa məhkumdular. Bəli, ya səngər, ya da məzarlıq qazmalısan....

Beləliklə, Ordu millətin keçdiyi tarixin güzgüsüdür, lakin həm də öz taleyini xalqa yaşadan tək qüvvədir. Müttəfiqlərini Silahlı qüvvələr və donanmadan başqa heç bir qüvvədə görməyən 3-cü Aleksandrın hərbidiplomatiyanın və siyasətin hazırda arxalandığı ordunu görmədən gəldiyi bilinci 21-ci əsrin təhlükəsizlik çağırışları da təsdiqləyir. Əslində Heydər Əliyevin qurduğu Ordunun tək vəzifəsi yalnız erməniləri məğlub etmək deyildi, ilk növbədə, Osmanlı, fars və rus imperiyaları arasında qalıb əzilən və üç əsrlik köç dalğalarında qırılan millətin kükrəyiş səsi, müqavimət cəbhəsiydi.

Ordu etnik-milli parçalanma meydanından Bir Liderin rəhbərliyi altında polietnik və vahid bir gücə çevrildi. Xalq heç vaxt ordu qura bilməzdi, əgər əsgər və zabitini özündən seçməsəydi. Legionerlərlə yaşıl meydanları fəth etməyinlə əsrlərin düşməniçiliyinə şahidlik edən dağ döyüşlərində qazanmaq üçün öz övladlarına söykənməlisən. Yoxsa, tomsonların əmri altına düşəcəksən. Heydər Əliyev vaxtilə çiyinlərinə yüksək rütbələr taxdığı sadə xalqın balalarını-onların general və serjantlarını yenidən kazarmalara qaytardı. Silahlar mülki həyatdan taborlara keçincə, xalq gücün harada toplandığını gördü.

Ordu təkcə Silahlı qüvvə deyil, həm də silahsız Gücdür. Millətə və liderə söykənməyən qüvvə yad cisimdir, Vişi hökumətinə rəhbərlik edən Filip Peten kimi Hitlerin əmrlərini yerinə yetirən kənar hökmranlıq alətidir.
Beləliklə, İlham Əliyev uzun illərin planlı, strateji çalışmalarını, müasir modellərin tətbiqi ilə yeni dövrün çağırışlarını-canlı qüvvələrdən texnoloji savaş erasına gətirdiyi bir surətdə xalqın döyüş əzmi və pasionar enerjisi yenidən oyatmağı bacardı. Lakin əvvəlcə Ali Baş Komandanlığı xilas etdi, onu təkcə konstitusion norma olmaqdan çıxardı. Ulu Öndərə qədər kimsə onu döyüş meydanlarında qazanaraq, ali normaya çevirə bilməmişdi. İndi isə döyüş meydanlarından keçərək qazanılan və prezidentliyin siyasi mahiyyətindən yüksəklərə qalxan bir statusu əldə etmək tələb olunurdu. Dövlət başçısın andiçmə mərasimi, xalqın səsi əldə etdiyi səlahiyyətlər içərisində yeganə ali hərbi vəzifədir ki, onu yalnız müharibəni udmaqla haqq edirsən. İlham Əliyev Ali Baş Komandanlığını təkcə seçkilərdə yox, ümumxalq referendumu olan 44 günlük Qurtuluş hərəkatında rəsmiləşdirdi. Zəfər hərəkatı Ali Baş Komandanlıq statusunu möhürlədi, beyinlərdə və xəyallardakı döyüşün uduluşu oldu. Yalnız ərazi uğrunda deyil, məkansızlıq və sonsuzluq naminə mübarizə aparıb hər ikisini əldə edə bilərsən.
Döşündə 70 mindən artıq orden və medallı azərbaycanlı oğulları 100 il əvvəlki baba babaları, sovet babaları və nəhayət, müstəqillik dövrünün atalarının qisasının əvəzini və mükafatını qazandılar. Ona görə də Ali Baş Komandan düşmənə səslənişində və bütün müharibələrdə xalqla ünsiyyətin parlaq nümunəsəinə çevrilən müraciətlərində 90-cı illərin erməni qəhrəmanlarına səslənib deyəcəkdi: “sinənizdə gəzdirdiyinzi dəmir-dümürü çıxarıb atın”! Beləliklə, İlham Əliyevin müharibəsi təkcə gələcəyin deyil, həm də keçmişin-çoxəsrlik məğlubiyyətlərin revanşı idi.

Yeni hərbi quruculuq modeli İlham Əliyevin əcdadlarımızın uduzdurulduğu silsilənin səsəblərini tapmaq bacarığıdır, yalnız faciələrə söykənən tarixin bağlanışıdır, yeni səhifənin açılışı və şiə kədərinin Qalibiyyət ideologiyasına transformasiyadır. Faciələr seriyasına söykənən liderlərdən fərqli olaraq, yeni savaş və qalxınma proqramları, təlim üsulları, kəşfiyyat, menevr və koordinasiyalı hücum taktikası və strategiyaları ata-oğul Əliyevlərin dövlət-hərb kursudur.
Yalnız xəyanətlərdən danışan və qarşılıqlı ittihamların pandemiyasında sarsılan pərakəndə dəstələrin əvəzinə 21-ci əsrin savaş ordusunu yaratmaq gerçəkdən misilsiz hadisə oldu. PUA-larla Göylərin fəthi-Çin hökmdarlarının ixtiyarına verilən Səmanın yeni sahibi olmaq demək idi və yüz illər ərzində heç bir sərkərdəmiz onu bacarmamışdı.

Fəza ordusunun baş silahı Loralar və Bayraktarlar Qafqaz landşaftını- yüksək dağ relyefini hamarlaşdırdı. Rəqəmsal mübarizə bir vaxtlar əbcəd elminin əsrlə sonraya daşınmasıydı. Azərbaycan təkcə yerin altına arxalanmadı. Yəni, neft sərvətləri heç vaxt indiki qədər Göylərə xidmət etməmişdi. İlham Əliyev hər üç fəzada-Yerin altı, üstü və Kosmik sistemlərdə düşməni yenməyin nümunəsini yaratdı. Sovetlərin dağılması Qarabağdan başladığı kimi, Rusiya-Ukrayna, daha sonra İsrail-İran müharibəsi ilə Əliyev doktrinasının qlobal müstəviyə daşınması oldu. Qarabağ fraqmentasiyası böyüdülmüş ölçüdə dünyada təkrarlandı.
İndi 90-cı illərin Araz vadisindən keçən bir millətin Böyük Qayıdışla apardığı Yeni Vətən quruculuğu ona 30 il öncə yuxarıdan aşağı baxan qonşularının taleyindən fərqli təhlükəsizlik adasını xatıladır. Rusiya və İranın arasında Azərbaycan heç vaxt indiki qədər güclü və əmin olmayıb. Taleyini yad masalar və imzalarla həll edən, Gülüstandan Qarsa qədər bölünmə tarixi bütövlüklə əvəzləmək Əliyevin Zəfər Konstitisiyasnın və 4-cü Respublikasının preambulasıdır.
Düşmənin zenit-raket qurğularını məsafədən-canlı qüvvə itkiləri vermədən məhv emək indi qlobal müharibələrin əsas hərbi taktikasıdır.
Şuşa Zirvəsi öz coğrafi-relyef mahiyyətindən çox, ölçüyə gəlməyən dərəcədə mənəvi-ruhi Ucalıq mərtəbəsidir. Xankəndi Paradı Paytaxtdan yeni Zirvələrə daşınan dövlət protokolu-hərbi salamlamanın gündəlik səsidir. Ayaqların yazdığı Qələbə somfoniyası heç vaxt belə mükəmməl olmayıb. Millətin qəlbinə yatan və sümüyünə düşən, onun əcdadlarının dağılan ocaqlarına yenidən həyat nişanəsi verən və soyunu qırmağa qoyulmayacağının zəmanəti, əbədi varlıq himni kimi....

26 iyun azərbaycanlıların silahlı iradəsinin paralq ifadəsidir, lakin yalnız 2020-ci ildə millətə verilən əmrdən sonra 100 illik mahiyyətinə qovuşub!
“Zəngilan, Fizuli, Kəlbəcər, Laçın, Qubadlı və nəhayət, Şuşa günü”, ayrıca bölgələrin şərəf təqvimi deyil, bütövlükdə bir millətin ləyaqət və faxarət tablosudur...
Yeni milli kimliiyn və yeni ideologiyanın-Qalib 100 ilin əsasını qoyan milli lider İlham Əliyevə qəhrəman Ordumuzun və fədakar xalqımızın salamı, alqışı və duası əbədidir.
80 və 20 faizlik müharibəni udan Ali Baş Komandana, Şanlı Ordumuza və minlərlə şəhid yetirən millətimizə eşq olsun!
Canını və qanını torpağa verənlər Azərbaycanı Gülüstana çevirdilər!
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:17
Azərbaycanı gülüstana çevirənlər! - Zahid Oruc yazır
Bu gün, 11:02
Kəlbəcərdə yük maşını çaya aşıb, sürücü ölüb
Bu gün, 09:25
Tarixi yanlışlıq - İbrahim Əliyev yazır
Dünən, 21:49
Tovuzda kütləvi zəhərlənmə olub - Yenilənib
Dünən, 17:02
Trampla Zelenski Niderlandda görüşüblər
Dünən, 16:56
Qırğızıstanda parno saytlara giriş bloklanıb
Dünən, 16:20
Səkkiz rayona prokuror təyin edilib - Yenilənib
Dünən, 15:40
“Pasportlar haqqında” qanun dəyişib
Dünən, 13:46
İstintaq və təhqiqatçılara yeni səlahiyyət verilib
Dünən, 12:38
“Bəs bizdə niyə atom bombası yoxdur?”
Dünən, 10:52
Agentlik sədrinə daha bir müavin təyin olunub
Dünən, 10:36
Bakı metropoliteni yay hərəkət qrafikinə keçib
Dünən, 08:58
Prezidentin impiçmenti üçün qətnamə qəbul edilib
Dünən, 08:18
Tramp iki media qurumunu ittiham edib
Dünən, 00:39
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
Dünən, 00:03
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
24-06-2025, 19:25
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
24-06-2025, 19:17
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
24-06-2025, 17:50
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
24-06-2025, 15:50
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
24-06-2025, 14:50
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
24-06-2025, 14:24
QHT-lərə nəzarət artırılır
24-06-2025, 14:12
Prezident şirkət sədrini qəbul edib
24-06-2025, 12:04
Daha bir yaşayış məntəqəsi işğal edilib - Foto
24-06-2025, 11:41
Moskva vilayətinə hücum olub - Foto
24-06-2025, 11:31
İsrail daha bir iranlı nüvə alimini öldürüb
24-06-2025, 11:00
NATO ölkəsinə hücum ola bilər
24-06-2025, 07:55
Som balığı beş nəfəri yaralayıb
23-06-2025, 21:27
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
23-06-2025, 17:20
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
23-06-2025, 16:30
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
23-06-2025, 11:34
İran ordusu: "Cənab Tramp, siz oyunçusunuz, biz isə..."
23-06-2025, 10:45
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
23-06-2025, 10:25
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
23-06-2025, 10:08
28 universitet ilk dəfə reytinq siyahısına düşüb - Adlar
23-06-2025, 10:00
İsmayıllıda oğul atasını öldürüb
23-06-2025, 09:30
General Usubov sərəncama götürülüb
23-06-2025, 00:29
NATO ölkələri müdafiə xərclərini artırır
23-06-2025, 00:03
İranlı nazir Putinlə görüşə gəlib
22-06-2025, 18:48
ABŞ Çinə çağırış edib - Səbəb
22-06-2025, 14:57
Həyat dolu ömür yolu - Milli Mətbuat-150 - Fotolar
22-06-2025, 13:34
Ukrayna daha iki yaşayış məntəqəsini itirib
22-06-2025, 10:32
İsrail İrana yenidən zərbə endirir
22-06-2025, 08:42
Nazim Sadıxov braziliyalı rəqibini nokauta salıb
22-06-2025, 08:26
Ruslar Ukraynanın 11 PUA-sını vurub
22-06-2025, 00:08
Tanınmış jurnalist Fatih Altaylı saxlanılıb
21-06-2025, 17:12
Qabiliyyət imtahanlarına start verilib
21-06-2025, 12:47
Daha bir rayona prokuror təyin edilib
21-06-2025, 11:50
Azərbaycanla daha bir ölkə arasında viza ləğv olunub
21-06-2025, 11:11
“Yaşayış minimumu haqqında” qanun dəyişib