Cəbrayılda qəza: dörd nəfər xəsarət alıb
Tarix: 28-07-2025 16:34 | Bölmə: Xəbərlər
Cəbrayılda qəza: dörd nəfər xəsarət alıb

Cəbrayıl rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza zamanı Bakı şəhər sakinləri Alkərəmov İntiqam Mətləb oğlu, Əliyev Rauf Rafayil oğlu, Mütəllimov Məhəmməd Zülfüqar oğlu və Sumqayıt şəhər sakini Heydərov İlqar Elşən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər