Salyanda qəza: 8 nəfər xəsarət alıb
Tarix: 07-10-2025 19:43 | Bölmə: Xəbərlər
Salyanda qəza: 8 nəfər xəsarət alıb

Salyanda minik avtomobillərinin toqquşması nəticəsində 8 nəfər (4 qadın, 4 kişi) xəsarət alıb.

Reyting.az
xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

TƏBİB-dən bildiriblər ki, xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən pasiyentlərdən 2-sinin vəziyyəti ağır, 6-sının vəziyyəti isə stabildir.




Bölməyə aid digər xəbərlər