Tokayev: "Biz gənclərin mədəni inteqrasiyasını gücləndirməliyik"
Tarix: 07-10-2025 15:31 | Bölmə: Gündəm
Tokayev: "Biz gənclərin mədəni inteqrasiyasını gücləndirməliyik"

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ziyalılarının iştirakı ilə xüsusi tədbir keçirməyi təklif edib.

Reyting.az
xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə danışıb.

K. Tokayev TDT məkanında mədəni-humanitar əlaqələrin xüsusi rolunu qeyd edib: "Biz gənclərin mədəni inteqrasiyasını gücləndirməliyik. Bununla əlaqədar olaraq, növbəti il Almatıda Kreativ İqtisadiyyat Forumu keçirməyi təklif edirik. Bu, gənclərimizi yaxınlaşdırmağa, onların biliklərini və səriştələrini artırmağa imkan verəcək. Ölkələrimizin ziyalılarının iştirakı ilə Qazaxıstanda xüsusi tədbir keçirməyi məqsədəuyğun hesab edirəm. Bu tədbir təşkilatımızın Ağsaqqallar Şurası çərçivəsində keçirilə bilər".

Onun sözlərinə görə, Qazaxıstan Türk Dünyası Tədqiqatçıları Klubunu yaratmağı təklif edir.

Qazaxıstan prezidenti çıxışında Azərbaycan şairi Bəxtiyar Vahabzadədənin sözlərini sitat gətirib: "Türkün Türklə ədavətə haqqı yox!"




Bölməyə aid digər xəbərlər