Ukrayna vuracağı 200 hədəfin siyahısını ABŞ-a verib
Tarix: 07-10-2025 16:43 | Bölmə: Dünya
Ukrayna vuracağı 200 hədəfin siyahısını ABŞ-a verib

“Hələ Donald Tramp vəzifəyə başlamazdan əvvəl Ukrayna Rusiyanın cəbhə xəttindəki imkanlarını zəiflətmək üçün ABŞ-a məhv edilməli olan təxminən 200 Rusiya hədəfinin siyahısını təqdim etmişdi”.

Reyting.az
xəbər verir ki, bunu hərbi analitik, Ukrayna ordusunun istefada olan zabiti Oleksiy Getman bildirib.

Trampın “Tomaqavk” raketlərini hara göndərməyi dəqiq bilmək istədiyi barədə açıqlamalarına gəlincə, Getman deyib ki, Ukrayna ruslardan fərqli olaraq mülki hədəfləri vurmayacaq.

Xatırladaq ki, bir il əvvəl, Co Bayden ABŞ prezidenti olarkən, Ukrayna nümayəndə heyəti Amerikaya səfəri zamanı ən azı cəbhə xəttində Rusiyanın imkanlarını zəiflətmək üçün məhv edilməli olan 200 hədəfin siyahısını təqdim edib.

Getman Trampın “Tomaqavk” raketlərinin Ukraynaya satışını az qala əngəlləməklə bağlı bəyanatını “daha populist” hesab edir.

“O, bizim harada və nəyi məhv etmək niyyətində olduğumuzu, Rusiyanın komandanlıq və nəzarətə dəstəyi və ya cəbhə xəttində baş verən hər şeyi təmin etmək baxımından bizim üçün vacib olan hədəfləri mükəmməl bilir”, - Getman əlavə edib.

Zabit deyib ki, “Tomaqavk” raketləri Ukraynaya çatsa, “pis olmaz”.

Ekspert əmindir ki, Ukrayna Rusiya ərazisindəki hərbi obyektləri vurmalıdır. Onun sözlərinə görə, Ukrayna Rusiyanın hərbi hissə və hərbi müəssisələrini təchiz edən enerji obyektlərinə hücumlarını davam etdirəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər