Gömrük polkovnikinə cinayət işi açılıb
Tarix: 01-06-2023 09:47 | Bölmə: Xəbərlər
Gömrük polkovnikinə cinayət işi açılıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyev korrupsiya əməlinə görə vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb.

Reyting.az
gununsesi.info-ya istinadla bildirir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Arif Mehdiyevin vəzifədən uzaqlaşdırılması üçün dünən əmr imzalayıb.

Komitə sədrinin 1000/349Ş nömrəli əmrində deyilir:

“Müvafiq cinayət işi üzrə barəsində xidməti araşdırılma aparılması ilə əlaqədar olaraq, “Gömrük orqanlarında xidmət haqqında” əsasnamənin 56-cı maddəsinə əsasən əmr edirəm:

Mehdiyev Arif İbad oğlu Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini vəzifəsindən azad olunsun. Onun informasiya sistemində elektron imzadan istifadəsinə məhdudiyyət qoyulsun”.

Qeyd edək ki, hələ bir neçə gün öncə Şahin Bağırovun gömrük polkovnikinin korrupsiya əməliyyatını ifşa etməsi haqda məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, gömrük polkovnikinin 150 min manatlıq korrupsiya əməlinin üstünü elə Dövlət Gömrük Komitəsinin özü açıb.

Məlum olub ki, regional idarənin rəis müavini Arif Mehdiyev qardaşı, sahibkar kimi fəaliyyət göstərən Akif Mehdiyevə məxsus “Bayn Trading” MMC vasitəsilə xarici ölkələrin birindən Azərbaycana bahalı parça gətirilib. Lakin gömrük sənədləşməsində həmin parçanı tül kimi sənədləşdirərək, real qiymətini bir neçə dəfə azaldıblar. Beləliklə, 150 min manata yaxın vəsait gömrük orqanlarından yayındırılıb.

Araşdırmalar zamanı Arif Mehdiyevlə bərabər digər şəxslərin də əməlinə hüquqi qiymət veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}