Abşeronda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb
Tarix: 20-10-2023 15:23 | Bölmə: Cəmiyyət
Abşeronda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb

Abşeron rayonunda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Digah qəsəbəsi sakini 1992-ci il təvəllüdlü Qasımbala Balayev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Q.Balayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Polis Bölməsində toplanan material Abşeron Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}