Sahibə Qafarovaya “Şərəf” medalı təqdim edilib
Tarix: 18-06-2025 10:47 | Bölmə: Siyasət
Sahibə Qafarovaya “Şərəf” medalı təqdim edilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (QDİƏT PA) sədrlik Azərbaycandan Bolqarıstana təhvil verilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova Assambleyanın Bakıda keçirilən 65-ci plenar sessiyasında bildirib.

O sədrliyi həmkarı, Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselovaya təhvil verdiyini deyib.

N.Kiselova vurğulayıb ki, Bolqarıstan həm daxildə, həm də hüdudlarından kənarda ətraf mühitin, regional əməkdaşlığın qorunmasına xidmət edəcək: “Biz regional əməkdaşlığı gücləndirmək üçün səylərimizi ikiqat artırmalıyıq”.

Daha sonra o, Sahibə Qafarovaya “Şərəf” medalını təqdim edib(report).




Bölməyə aid digər xəbərlər