09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Bakı məktəblərində attestat üçün 20 manatdan rüşvət yığırlar - Video
Tarix: 12-06-2025 09:50 | Bölmə: Cəmiyyət
Bakı məktəblərində attestat üçün 20 manatdan rüşvət yığırlar - Video

Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı iddia olunur.

Reyting.az
Xəzər TV-yə istinadla xəbər verir ki, bu iddia ilə valideynlərdən biri çıxış edib.

Rövşən Zeynallı deyir ki, övladı Xədicə Zeynallı adıçəkilən təhsil ocağının 9-cu sinif şagirdidir. Valideynin iddiasına görə, qızının sinif rəhbəri uşaqlardan 20 manat gətirməsini tələb edib.

Həmin sinfin şagirdləri də iddiaların doğru olduğunu bildirirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd olunub ki, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Əlavə edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bir neçə gün öncə elə bu mövzu ilə bağlı rəsmi açıqlama yayaraq bildirmişdi ki, bu il tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır. Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər. Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:





Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq