17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 11-06-2025 12:28 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. avanın temperaturu gecə 18-23 isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq