Baş direktor: "Kür çayı son iki ildə Xəzər dənizinə şirin su gətirmir”
Tarix: 20-10-2023 16:28 | Bölmə: Cəmiyyət
Baş direktor: "Kür çayı son iki ildə Xəzər dənizinə şirin su gətirmir”

“Volqa çayında suyun səviyyəsi 30 %-dən çox azalıb. Kür çayı isə son iki ildə Xəzər dənizinə şirin su gətirmir”.

Bunu Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov deyib.

İnstitut direktoru bildirib ki, son dövrlərdə Xəzər dənizində şərq və cənubdan əsən isti küləkli günlərin sayı artıb: “Nəticədə Xəzər dənizində suyun səviyyəsi 2 metrə qədər düşür. Bu da gəmilərin sahilə yan almasında problemlərə gətirib çıxarır".

Z.Eminov əlavə edib ki, bu il Kür-Araz ovalığında pambıq əkilməsində də ciddi problem oldu: "Havanın temperaturu yüksəldikcə meşələrin də sərhədləri dəyişir. Suvarma şəbəkələri qurulmalıdır”(Report).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər