Salyanda “Məişət zorakılığına yox deyək!” mövzusunda tədbir və aksiya keçirilib - Fotolar
Tarix: 20-10-2023 19:32 | Bölmə: Cəmiyyət
Salyanda “Məişət zorakılığına yox deyək!” mövzusunda tədbir və aksiya keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Salyan Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə 19-20 oktyabr 2023-cü ildə təşkil olunan maarifləndirici tədbirlərdə ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Şalyan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əzizağa Yaqubov giriş sözü ilə çıxış edərək bildirib ki, tədbirin məqsədi zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir.

İSİM-nin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva zərərli vərdişlərdən və zorakılıqdan qorunma yollarını təbliğ edən mıqsədyönlü tədbirlərin əhəmiyyətini vurğulayaraq, məişət zorakılığına səbəb olan halların aradan qaldırılması üçün səhiyyə işçiləri tərəfindən paytaxtda və regionlarda əhali arasında geniş təşviqat aparıldığını diqqətə çatdırıb.

İSİM-nin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev geniş təqdimatla çıxış edərək, zorakılıq, məişət zorakılığı, məişət zorakılığının növləri, müdafiə mexanizmləri, ölkəmizdə məişət zorakılığı ilə mübarizə istiqamətində mövcud qanunvericilik aktları barədə ətraflı məlumat verib.

Tədbir iştirakçıları ilə mövzu ilə əlaqədar səmərəli fikir mübadiləsi aparılıb, təkliflər qeydə alınıb.

Rayonda həmçinin, yerli sakinlərin və könüllülərin iştirakı ilə “Məişət zorakılığına yox deyək!” adlı təşviqat aksiyası keçirilib, iştirakçılara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.




ELÇİN




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}