14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Sabirabad sakininin evindən silah-sursat aşkarlanıb - Foto
Tarix: 22-10-2023 11:12 | Bölmə: Cəmiyyət
Sabirabad sakininin evindən silah-sursat aşkarlanıb

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Surra kənd sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunmuş Seyidnəsir Əhmədov saxlanılıb.

Bu barədə Reyting.az-a DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildiriblər.

Məlumata görə, S. Əhmədovun yaşadığı ünvana baxış zamanı 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd qələm tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov silahı, 1 ədəd süngü-bıçaq və 71 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}