19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
Nazirliyin vəzifəli şəxsi rüşvətə görə tutulub
Tarix: 31-10-2023 19:20 | Bölmə: Cəmiyyət
Nazirliyin vəzifəli şəxsi rüşvətə görə tutulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Amil Abdullayevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət alması barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Reyting.az
Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla xəbər verir ki, istintaqla Amil Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan meşə təyinatlı torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə müqabilində vətəndaşdan ümumilikdə 14 min 900 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Amil Abdullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:56 Sabah yağış yağacaq
Dünən, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq
10-10-2024, 12:47 Sabah yağış yağacaq

{sape_links}{sape_article}