Ölmüş şəxsin gözü oğurlanıb
Tarix: 22-11-2024 18:23 | Bölmə: Cəmiyyət
Ölmüş şəxsin gözü oğurlanıb

Hindistanın Bihar əyalətindəki Nalanda Tibb Kolleci Xəstəxanasında baş verən hadisə tibb dünyası və ictimaiyyətdə əks-səda doğurub.

Reyting.az
xəbər verir ki, silahlı hücum nəticəsində öldürülən Fantuş Kumarın gözü morqdan gətirilərkən oğurlanıb.

Xəstəxana rəhbərliyi izahat verib ki, buna heç kim inanmayıb və hadisə ilə bağlı araşdırma başlayıb.

Məlumata görə, ölən Fantuş Kumarın cənazəsi meyitxanadan gətirilərkən sol gözünün itdiyi diqqət çəkib. Ölən şəxsin yanında cərrahi bıçaq da tapılıb.

Nalanda Tibb Kolleci Xəstəxanasının rəhbərliyi isə iddia edir ki, Kumarın gözü siçanlar tərəfindən dişlənib. Amma Kumarın ailəsi bu açıqlamaya inanmayıb, onun gözlərinin oğurlandığını iddia edir və polisə şikayət ərizəsi veriblər.

Hadisə ilə bağlı təhlükəsizlik kamerasındakı görüntülər araşdırılacaq və yarılma əməliyyatını həyata keçirən həkimlərdən izahat alınacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər