NATO-nun baş katibi Türkiyə prezidenti ilə görüşə gəlib - Yenilənib
Tarix: 25-11-2024 20:35 | Bölmə: Siyasət
NATO-nun baş katibi Türkiyə prezidenti ilə görüşə gəlib

NATO-nun baş katibi Mark Rutte ABŞ səfərindən sonra Ankaraya gəlib. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş katibi qəbul edəcək.

Reyting.az
bildirir ki, iki gün əvvəl ABŞ-da yeni prezident Donald Trampla görüşən Ruttenin Türkiyədə milli müdafiə naziri Yaşar Gülər və müdafiə sənayesi rəsmiləri ilə də görüşü gözlənilir.

Ərdoğan-Rutte görüşünün əsas gündəmi Rusiya-Ukrayna müharibəsi, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı yeni ortamənzilli raket sınağına görə NATO-nu ittiham etməsi olunacaq.

Rusiyanın yeni raket sisteminin döyüş sınaqlarını keçirdiyinə dair açıqlamalarının və bu raketlərdən istifadənin təsirlərinin müzakirə olunacağı səfərdə Ankaranın nüvə müharibəsi riski ilə bağlı xəbərdarlıq edəcəyi də gözlənilir.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə görüşüb. Görüş zamanı Ukraynadakı müharibə və Qəzza zolağındakı vəziyyəti müzakirə edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər həmçinin terrorizmlə mübarizədə əməkdaşlığı və 2026-cı ildə Türkiyədə keçiriləcək NATO sammitini müzakirə ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər