00:24 / 23-03-2025
Azərbaycan millisi uduzub
13:47 / 21-03-2025
Quzu əti - Hekayə
09:45 / 21-03-2025
Rayonlara qar yağıb
Texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib
Tarix: 12-02-2025 13:45 | Bölmə: Cəmiyyət
Texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin mərkəzlər həftənin 1 və 4-cü günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.




Bölməyə aid digər xəbərlər
21-03-2025, 09:45 Rayonlara qar yağıb