Çörçilin 98 kiloqramlıq qızıl unitazını oğurlayanların məhkəməsi başlayıb
Tarix: 25-02-2025 13:18 | Bölmə: Cəmiyyət
Çörçilin 98 kiloqramlıq qızıl unitazını oğurlayanların məhkəməsi başlayıb

Ölkəsini İkinci Dünya Müharibəsində qalib edən əfsanəvi lider Uinston Çörçilin evindən qızıl unitazı (tualet) oğurlayan (biri türk olmaqla) dörd nəfər bazar ertəsi hakim qarşısına çıxarılıb.

Reyting.az
xatırladır ki, təxminən 98 kiloqram ağırlığında olan qızıl unitaz 6 milyon dollara sığortalanmışdı.

Prokurorların sözlərinə görə, unitaz çox güman ki, əridilərək, kiçik hissələrə bölünməklə satılıb.

Prokuror JJlian Xristofer, beş nəfərdən ibarət bir qrup oğrunun 2019-cu il sentyabrın 14-də səhər tezdən iki oğurlanmış avtomobildən istifadə edərək sarayın taxta qapılarına soxulduğunu deyib.

Müttəhimlər saraya pəncərədən daxil olub, taxta qapını zorla açıb, unitazı divardan qoparıb və cəmi 5 dəqiqə ərzində hadisə yerindən qaçıblar.

Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş malikanə mühüm turistik məkandır və Çörçill ailəsinin malikanəsi və Uinston Çörçilin doğulduğu yer kimi tarixə düşüb. Muzey kimi fəaliyyət göstərən malikanədə bir çox başqa qiymətli sənət əsərləri də sərgilənir.

İş üzrə müttəhimlər arasında 39 yaşlı Maykl Cons, 41 yaşlı Bora Qucuk və 36 yaşlı Fred Doe var. Cons oğurluq ittihamını rədd edib. 36 yaşlı Fred Doe və 40 yaşlı Bora Qucuk cinayət yolu ilə əldə edilmiş qızılın yuyulması və ya satışı ilə bağlı ittihamları etiraf ediblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
23-02-2025, 12:22 Sabah yenə qar yağacaq
22-02-2025, 13:37 Sabah qar yağacaq