Üzən qazma platforması batıb
Tarix: 02-07-2025 08:10 | Bölmə: Cəmiyyət
Üzən qazma platforması batıb

Süveyş kanalında üzən qazma qurğusunun qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub, daha 6 nəfər itkin hesab edilir.

Reyting.az
xəbər verir ki, bu barədə “Al Masry Al Youm” nəşri məlumat yayıb.

Hadisə Qebel əz-Zeyt bölgəsində qeydə alınıb.

Nəşrin yazdığına görə, qazma qurğusunda 31 nəfər olub, indiyədək onlardan 21-i xilas edilib.

Qeyd olunur ki, qəza platforma üç gəmi tərəfindən yedəyə alınarkən baş verib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər