Təyyarə qəzasında həlak olan son şəhidin cəsədi tapılıb - Fotolar
Tarix: 13-11-2025 12:22 | Bölmə: Cəmiyyət
Təyyarə qəzasında həlak olan son şəhidin cəsədi tapılıb

Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan üzərində qəzaya uğrayan “C-130” hərbi yük təyyarəsində olan son şəhidin cəsədi tapılıb.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik bəyan edib ki, Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində olmuş 20-ci şəhidin qiymətli qalıqları tapılıb.

Kommunikasiya direktoru Burhanəddin Duran Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan təyyarədə olan şəhidlərin qalıqlarının Türkiyəyə gətiriləcəyini açıqlayıb. Duran deyib ki, şəhidlərin daşınması üçün Türkiyənin “A-400M” nəqliyyat təyyarəsi müəyyən edilib.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər