Faciəli şəkildə həlak olan jurnalist sabiq məmurun oğlu imiş
Tarix: 14-11-2025 10:35 | Bölmə: Cəmiyyət
Faciəli şəkildə həlak olan jurnalist sabiq məmurun oğlu imiş

Türkiyədə yol qəzasında həlak olan jurnalist Emin İbrahimov Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin sabiq müdiri Rəşid İbrahimovun oğlu imiş.

Reyting.az
“Qafqazinfo”ya istinadla bildirir ki, Milli Məclis rəhbərliyi və deputatlar R. İbrahimova övladının vaxtsız vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Qeyd edək ki, Rəşid İbrahimov parlamentin keçmiş sədri Oqtay Əsədovun dövründə bu vəzifədə çalışıb və bir neçə il əvvəl təqaüdə çıxıb.

Emin İbrahimov “Euronews” telekanalının əməkdaşı kimi çoxsaylı reportajlar hazırlayıb və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətlər göstərib.




Bölməyə aid digər xəbərlər