Azərbaycan axtarışda olan şəxsi Rusiyaya təhvil verib
Tarix: 27-11-2025 19:17 | Bölmə: Cəmiyyət
Azərbaycan axtarışda olan şəxsi Rusiyaya təhvil verib

Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycandan Rusiyaya ekstradisiya edilib.

Reyting.az
xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, xarici ölkələrin hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Dələduzluqda ittiham edilərək 2023-cü ildə dövlətlərarası axtarışa verilmiş 25.02.1984-cü il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı Mundşayn Mikael Kostanoviçin verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.




Bölməyə aid digər xəbərlər