10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Bakıda dayə çalışdığı evdən 60 min oğurlayıb
Tarix: 28-11-2025 18:02 | Bölmə: Cəmiyyət
Bakıda dayə çalışdığı evdən 60 min oğurlayıb

Xətai rayonundakı evlərdən birində külli miqdar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Reyting.az
xəbər verir ki, zərərçəkən polisə müraciət edərək evindən 60 000 manat dəyərində qızıl-zinət əşyasının qeyri-aşkar şəraitdə oğurlandığını deyib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Mənşurə Əliyeva müəyyən olunaraq tutulub. Araşdırmalarla həmin şəxsin dayə kimi çalışdığı evdən son 3 ay ərzində hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı məlum olub.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.




Bölməyə aid digər xəbərlər