18:03 / 01-12-2025
AXCP ləğv oluna bilər
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
Tarix: 01-12-2025 12:16 | Bölmə: Cəmiyyət


İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Reyting.az Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}